Bia.Az

ABŞ-da təyyarə qəzası: ölənlər var

Dünya
 Bu gün, 11:21     59

ABŞ-ın Ohayo ştatında “Cessna 441” yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində ikisi ekipaj üzvü olmaqla, 6 nəfər həlak olub.

Axar.az xəbər verir ki, bu barədə “Fox 8” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Montana ştatının Bozmen şəhərinə uçan təyyarə havaya qalxdıqdan 7 dəqiqə sonra qəzaya uğrayıb.

Hadisə Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şura (NTSB) və ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) tərəfindən araşdırılır.скачать dle 12.1