Bia.Az

Kanada Azərbaycanın yanında olduğu üçün Türkiyəyə qoyduğu silah embarqosunu götürüb

Dünya
 30-01-2024, 10:51     118

Kanada hökuməti Türkiyəyə satış etmək istəyən müdafiə sənayesi şirkətlərinə 2020-ci ildən bəri tətbiq etdiyi ixrac məhdudiyyətlərini qaldırdığını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, hökumətin rəsmi saytında ixracatçı şirkətlərə edilən açıqlamada bildirilib ki, məhdudiyyətlər artıq qüvvədə deyil.

Açıqlamada, 16 aprel 2020-ci il tarixində müdafiə sənayesi ilə bağlı bəzi məhsulların Türkiyəyə ixracı üçün müraciətlərə rədd siyasətinin tətbiq olunmağa başladığı xatırladılıb: “Bu bildirişin edildiyi tarixdən etibarən mümkün rədd siyasəti artıq qüvvədə deyil”, - deyə bildirilir.

Sursat siyahısı da daxil olmaqla ixracatçı qruplar tərəfindən Türkiyəyə ediləcək ixrac və broker icazələri üçün müraciətlərin Kanadanın risk qiymətləndirmə çərçivəsində indi ayrı-ayrılıqda araşdırılacağı qeyd edilib. Bəyanatda həmçinin oxşar beynəlxalq ixrac icazələrindəki standart ifadələr, habelə üçüncü ölkələrə satış zamanı təminat tələbləri və insan hüquqları qanunlarına bəzi istinadlar da yer alıb.

Qeyd edək ki, Kanada hökuməti Ermənistanın 30 ildən artıq işğalı altında saxladığı Azərbaycan torpaqlarına qarşı 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın yanında olduğu üçün Türkiyəyə silah embarqosu qoyub. Kanada 2020-ci ilin oktyabrında Türkiyəyə müdafiə sənayesi ixracatına embarqo qoyub və erməni mövqelərinə qarşı istifadə edilən türk pilotsuz uçuş aparatlarında Kanada texnologiyasından istifadə edildiyini iddia edib.

Bu embarqo qərarı səbəbiylə Kanada şirkətləri 250-300 milyon dollar arasında ziyana uğrayıb və məhsullarının yeganə istifadəçisi olan "Telemus Systems TAİ" 2021-ci ilin ilk 7 ayında heç bir gəlir əldə edə bilmədiyi üçün müflis edib. Ottava administrasiyası 2019-cu ildə Türkiyənin Suriyaya qarşı hərbi əməliyyatına cavab olaraq ilk embarqonu başladıb, lakin tərəflər arasında yüksək səviyyəli danışıqların nəticəsi olaraq 2020-ci ilin iyununda bu qərarından geri çəkilib.скачать dle 12.1