Bia.Az

Yeni Zelandiya FQYİA-nın maliyyələşdirilməsini dayandırdığını elan etdi

Dünya
 30-01-2024, 10:33     109

Yeni Zelandiya Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (FQYİA) maliyyələşdirilməsini müvəqqəti dayandırdığını elan edib.


Bizimyol.info xəbər verir ki, ölkənin baş naziri Kristofer Lakson müvafiq bəyanatla çıxış edib.

Onun sözlərinə görə, Yeni Zelandiya Xarici işlər naziri Uinston Peters agentliyin HƏMAS hücumlarında iştirakı ilə bağlı izahatından razı qalmayana qədər FQYİA-ya əlavə ödəniş etməyəcəyini bildirib.“FQYİA əməkdaşlarına qarşı iddialar inanılmaz dərəcədə ciddidir və onların düzgün araşdırılması vacibdir. Yeni Zelandiya Xarici İşlər Naziri əks göstəriş verənə qədər biz bu agetliyə yardım etməyəcəyik”, - deyə Lacson jurnalistlərə bildirib.

Baş nazir Yeni Zelandiyanın FQYİA-ya illik ianəsi 1 milyon Yeni Zelandiya dolları (613 min dollar) olduğunu və bu vəsaitin sonradan ölkənin Beynəlxalq Qırmızılar Komitəsinə ayırdığı 10 milyon Yeni Zelandiya dollarına (6,1 milyon dollar) əlavə ediləcəyini açıqlayıb.

Avstraliya Xarici İşlər Nazirliyi də "FQYİA-nın bəzi əməkdaşlarının oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunda əli ola biləcəyinə dair iddialardan dərin narahatlığını" əsas gətirərək eyni qərarı açıqlayıb. “Avstraliya bu iddiaları araşdırmaq üçün FQYİA ilə işləyəcək və biz bu müddət ərzində agentliyə ödənişləri dayandıracağıq”, - deyə Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib.

Bundan əvvəl ABŞ, Böyük Britaniya, Almaniya və Kanada da daxil olmaqla bir neçə ölkə radikal HƏMAS hərəkatı ilə əlaqədə şübhələrə görə FQYİA-nın maliyyələşdirilməsini dayandırdığını elan etmişdi. FQYİA-nın baş komissarı Filip Lazzarini 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunda əli ola biləcək bir neçə agentliyin əməkdaşının işdən çıxarılmasına göstəriş verib.

Yanvarın 29-da "Reuters" mənbələrə istinadən xəbər verdi ki, FQYİA əlavə maliyyə almadığı təqdirdə fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq.скачать dle 12.1