Bia.Az

Qonşu ölkədə silsilə istefalar – Nələr baş verir?

Siyasət
 Bu gün, 16:30     46

“Gürcü Arzusu” hökumətində son bir ayda üç nazir istefa verib. Ötən həftə iqtisadiyyat naziri və Baş nazirin müavini Levan Davitaşvili, ondan əvvəl isə daxili işlər naziri Vaxtanq Qomelauri vəzifədən getmişdi. Son olaraq təhsil, elm və gənclər naziri Aleksandr Tsuladze istefa verdiyini açıqlayıb.

Bütün istefa verənlər partiyaya sədaqətli olduqlarını vurğulayıblar və özlərini “partiyanın sadiq əsgərləri” adlandırıblar.

Gürcüstanda nələr baş verir? Nazirlərin silsilə istefasının səbəbləri nədir?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Gürcüstan hökuməti regionda dəyişən siyasi vəziyyəti görür:

“Seçkilərdən sonra hakimiyyətin sərt xətt siyasətinə keçidi, Avropa İttifaqı ilə münasibətlərin kəskinləşməsi və Rusiya ilə “normal münasibətlər” qurmaq cəhdləri Gürcüstan hakimiyyəti daxilində ciddi fikir ayrılıqlarına səbəb olub. Çünki Rusiya Gürcüstanla münasibətlərdə öz maraqlarını önə çəkir və Tiflisin suveren siyasət yürütməsinə tolerant yanaşmır.

mehemmed esedullazadeee e1749626950401
Məhəmməd Əsədullazadə

Rusiyaya qarşı artan beynəlxalq təzyiqlər və Qərbin bölgədə təsirini gücləndirməsi rəsmi Tiflisi yol ayrıcında qoyur. Bu gərginlik fonunda hökumət daxilində qarşıdurmalar dərinləşir və nazirlərin istefası hökumətin yenidən formalaşmasına səbəb ola bilər. Paralel olaraq Qərbin də Gürcüstan hökumətinə təzyiqləri artır, bu isə daxildə müxalifətin mövqelərinin güclənməsinə şərait yaradır.

Düşünürəm ki, “boz kardinal” Bidzina İvanaşvilinin hazırkı geosiyasi gərgin dövrdə ölkəni əvvəlki kimi rahat şəkildə idarə etməsi çətinləşib. ABŞ administrasiyası Gürcüstanla münasibətləri soyudub, baxmayaraq ki, Tiflis Donald Trampın hakimiyyətə qayıdacağına ümid bəsləyirdi. Bütün bu amillər fonunda hakim “Gürcü Arzusu” partiyası daxilində də parçalanmalar və fikir ayrılıqları dərinləşməkdədir”.

Turan Rzayev
Globalinfo.az
скачать dle 12.1