Bia.Az

Kuleba: Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar qərarı Avropa üçün yeni başlanğıcdır

Dünya
 15-12-2023, 02:51     283

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Avropa İttifaqı Şurasının qərarına münasibət bildirib.

"Report" xəbər verir ki, Kuleba "X" səhifəsindəki paylaşımında qərarı alqışladığını qeyd edib.

"Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq barədə qərarın verilməsi Ukrayna və bütün Avropa üçün yeni başlanğıcdır. Mən Aİ-yə və bütün liderlərə verdikləri sözü tutduqlarına görə təşəkkür edirəm. Moldovanı da təbrik edirəm".скачать dle 12.1