Bia.Az

ABŞ və Kanada sərhədində partlayış: ölənlər var

Dünya
 23-11-2023, 01:37     372

ABŞ və Kanadanı birləşdirən Niaqara şəlaləsi üzərindəki körpü Amerika tərəfində baş verən partlayışdan sonra bağlanıb.

Axar.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Qeyd edilir ki, körpü ABŞ-a gedən avtomobilin iştirakı ilə baş verən insident səbəbindən hər iki istiqamətdə bağlanıb. Hadisə Nyu Yorka gedən “Mersedes” markalı avtomobildə baş verib. Partlayış nəticəsində ən azı 2 nəfər ölüb.

ABŞ-ın Federal Təhqiqat Bürosu hadisə yerində bomba yüklü avtomobillə bağlı araşdırma aparır.


***


İstintaq qrupu partlayışın baş verdiyi ərazidə içərisində partlayıcı qurğunun olduğu ehtimal edilən çanta, yaxud çamadan tapıblar.
Bu barədə ABC Nyus məlumat yayıb.скачать dle 12.1