Bia.Az

“Restoranda 100 adam yemək yeyə bilərsə, bəy və gəlin salona daxil olanda ora virus gətirir? - Aqil Abbas

Cəmiyyət
 18-06-2021, 12:12     273

“Müharibə dövründə Stalin özü toyların keçirilməsi üçün şərait yaradırmış ki, insanlarda ruh qalsın…”

Xəbər verdiyimiz kimi sosioloq Əhməd Qəşəmoğlunun toyların açıq havada keçirilməsiylə bağlı təklifi bir müddətdir ki, müzakirə olunur. Ə.Qəşəmoğlunun dostu yazıçı, millət vəkili Aqil Abbasın isə qışda toyu necə edəcəyik? deməsi tərəflər arasında müzakirəyə səbəb olub.
Məsələylə bağlı Moderator.az-a danışan yazıçı Aqil Abbas təkcə yayda yox, payızda da insanların toy etdiyini deyib:

“Əhməd mənim dostumdu, toyumda da fəal iştirak edib. Qaldı ki, hamı yayda toy etmir axı. Əsas toylar payızda olur. Elə yalnız üç ay yayı toy etsələr, onda necə olar?! Hər il Azərbaycanda 15 min toy olur, bunu sığışdırmaq mümkün deyil. Necə olur ki, restoranda yüz adam yemək yeyə bilərsə, bəy və gəlin salona daxil olanda ora virus gətirər? Toylara icazə verilməlidir və təbii ki, müəyyən çərçivələr daxilində. Bəs açıq havada nə qədər toy etmək olar? Yağış yağanda nə edəcəklər, toyu təxirə salıb, qonaqlara deyəcəklər ki, gedin sabah gələrsiniz? Açıq havada Əblüfəz Elçibəyin, Alim Qasımovun qızının toyu olub. Elə Əhməd Qəşəmoğlunun toyu da açıq havada olub. Vayxır kəndində gözəl, özü də qeyri-adi, milli adət-ənənələrlə olan bir toy idi. Onun toyuna Vaqif Bayatlı ilə getmişdik. Özü də çox çətinliklə, çünki o vaxt Naxçıvana getmək üçün buraxılış vərəqən olmalı idi. Bizdə oğurluq, qatarda gizlənə-gizlənə getmişdik. Əhmədin iradını qəbul edirəm, çünki o, mənim ən yaxın dostumdu və həm də sosioloqdu, bir çox şeyləri məndən yaxşı bilir. Çünki o, sahə mənim işim deyil. Bununla yanaşı, gözəl şair, qardaşdı”.
A.Abbas həmçinin əhalinin artım məsələsini aidiyyatı qurumların nəzərə almasının vacibliyini vurğuladı:
“Təbii ki, əhalinin artım məsələsi nəzərə alınmalıdır. Siz bunu yaşlılardansoruşa da bilərsiniz. 1941-45-ci illər arası Stalin ən çox toy elətdirirmiş ki, insanlarda ruh qalsın. İndi bizim qələbə ruhumuzu qaldırıblar və bu tərəfdən də toylar olsa, lap yaxşı olar. Toy olsun, bayram olsun. İnsanlar sevinsinlər, həsrətlə gözləyirlər ki, övladlarına toy edəcək”.
A.Abbas toylarımızdakı israfçılıqdan da danışıb və bunun qarşısının alınmasını təklif edib:
Toya getməyə pulun yoxdursa, getmə də. Mənim toyuma Bakıdan bir qrup cavan şair və yazıçılar gəlmişdi. Onların çoxuna mən pul verdim ki, gedin adınızı yazdırın. Çünki sayıb-seçib toyuma gəlib. Mənim xoş günümə gəlib, pula görə çağırmamışam axı. İndi toya adamları pula görə çağırmırlar. Təbii ki, toya gələn gənc ailəyə kömək edir. Bu isə bütün dünyada belədir. Mən Rusiya toyunda da olmuşam və fərqli də olsa onlarda da toya pul salırlar. Adamlar öz imkanları daxilində toylarını etməlidir. Məsələn, rayonlarda şadlıq saraylarını 600-700 manata icarəyə verirlər və qohum-əqrabanı aparıb bütün işlərini görür. Bakıda isə bir az başqadı. Bakıda da bunun bir həddi olmalıdır. Stolun üstünə o qədər şeyi yığmaq nəyə lazımdır. Bir insan100 manatlıq yemək yeyə bilər? Stolun üstünə qırx cür yemək gətirirlər. Bir dəfə şair Aqşin Yeniseyin toyunda oldum, çox səliqəli, 50 nəfərlik toy etdi, heç pul da yığmadı. Qəşəng yedik-içdik, oynadıq, arzularımızı dilədik. Yəni bir az müdaxilə olunmalıdır ki, bu israfçılqların qarşısı alınsın”.
скачать dle 12.1