Həcc üçün ayrılan kvota ilə bağlı açıqlama
Fevralın 12-dən Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbuluna start verilib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 1 nəfər üçün 5850 dollar müəyyənləşib.
Eyni zamanda, Həcc ziyarəti ilə bağlı sənəd qəbuluna dəyişiklik edilib. Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Ramazan ayının sonuna kimi Həcc ziyarəti ilə bağlı prosedurları bitirməyi tələb edir.
Bəs kvotanın nə qədər hissəsi dolub?
Axar.az xəbər verir ki, Modern.az məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, sənəd qəbulu davam edir. Qeyd olunub ki, nəzərdə tutulan kvotanın yarısından çoxu dolub.