Bia.Az

O, Prezident Administrasiyasına dəvət edildi - Satirik dublyajlar / VİDEO

Bia Tv
 15-08-2020, 14:11     784

"Koronavirus pandemiyası başlayandan bügünə kimi Azərbaycan jurnalistikası, mediası da ön cəbhədədir. Koronavirusa yoluxan xəstələrlə ən yaxın təmasda olub, çəkilişlər hazırlayaraq, ölkə ictimaiyyətini maarifləndirirlər. Həmçinin də keçən dəfə hörmətli həmkarım Şahmar müəllim tərəfindən Azərbaycan media məkanında çalışan kreativ insanlara müraciət olundu ki, niyə də həkimlər haqqında da dublyaj filmi çəkilməsin".

BİA.az xəbər verir ki, bu fikirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yekun olaraq deyib.

Prezidentin köməkçisi bildirib ki, onlar satirik formada çəkilən filmləri normal qarşılayırlar:

"Bəzən satirik formada filmlər də olur. Biz bunu çox normal qəbul edirik. Ərtoğrul adı ilə sosial şəbəkələrdə çıxış edən bir şəxs var. Onun fəaliyyətini həqiqətən çox yüksək qiymətləndiririk. Bu kimi satiralar da qarşılıqlı hörmətimizin nümunələrindəndir. Ona görə də, belə kreativ insanlara Operativ Qərargahın fəaliyyətinə göstərdikləri diqqətə görə təşəkkür edirik. Həmin şəxsin dublyaj formasında hazırladığları filmləri də çox bəyənirik və yüksək qiymətləndiririk. 

Hətta görüşə gəlməmişdən əvvəl də Şahmar müəllimlə danışdıq, həmin şəxslə görüşməyə, onunla Prezident Administrasiyasında salamlaşmağa və təşəkkürümüzü bildirməyə hazırıq". //Rupor.az

BİA.az
скачать dle 12.1