Qarpız niyə faydalıdır?
Yay günlərinin ən sevilən meyvələrindən olan qarpız təkcə sərinləməyə kömək etmir, həm də orqanizimi müxtəlif vitaminlərlə zənginləşdirir, immunitet sistemini gücləndirir.
Teleqraf.com qarpızın 6 faydasını təqdim edir:
1. 90% sudan ibarət olan bədəndə su balansını saxlamağa kömək edir. İsti yay günlərində qarpız susuzluğun qarşısını alır.
2. Qarpız A, C, B6 vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallarla zəngindir. A vitamini sağlam dəri və görmə qabiliyyəti üçün fadalıdır. C vitamini immunitet sistemini gücləndirir, kalium və maqnezium isə qan təzyiqi və ürək-damar sistemini normallaşdırmağa kömək edir.
3. Güclü antioksidant olduğu üçün bədəni toksinlərdən təmizləyir. Həmçinin prostat xərçəngi də daxil olmaqla bəzi xərçəng növlərinin riskini azaldır.
4. Qarpızın tərkibində olan sitrulin kimi amin turşuları qan dövranını yaxşılaşdırmağa və təzyiqi aşağı salmağa kömək edir.
5. Qarpız həmçinin həzmi normallaşdırmaq və qəbizliyin qarşısını almaq üçün faydalıdır. Qarpızın müntəzəm istifadəsi bağırsaqların fəaliyyətini yaxşılaşdırır.
6. Qarpızın kalorisi azdır, bu da pəhriz saxlayanlar üçün əla seçimdir.