Bia.Az

“Oğlum su pulunu ödəməyib, onun şəklini qoy, mənim şəklimi niyə qoyursan?” – Mirələmov DANIŞDI

Sosial
 16-07-2024, 11:51     578

Milli Məclisin sabiq deputatı Hüseynbala Mirələmovun oğlu su pulunu ödəmədiyi üçün məhkəməyə verilib. Məlumata görə, Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşayan Fərid Mirələmovun həmin ünvan üzrə mənzilə verilən içməli suya görə borcu yaranıb. Bu səbəbdən “Azərsu”ASC Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb.

Hüseynbala Mirələmov oğlunun su pulunu ödəmədiyi üçün məhkəməyə verilməsinin təfərrüatları ilə bağlı Modern.az-a danışıb.

Keçmiş deputat vurğulayıb ki, hadisənin görünməyən tərəfləri var:

“Oğlumun vaxtilə bir yerdə işlədikləri dostu var. O, mənzil şəraiti yaxşı olmadığına görə oğluma müraciət edib, onun Şüvəlandakı bağ evində qalmaq istəyini dilə gətirib. Oğlum da deyib ki, “get, qal”. Bunlar oğlumun Şüvəlandakı bağ evində qalıb, bütün kommunal xidmətlərdən istifadə ediblər. Lakin su pulunu ödəməyiblər. Bağ oğlumun adına olduğuna görə onun adını yazıblar. Oğlum həmin adama zəng edib məsələni deyib. Elə dünən, ya əvvəlki gün həmin adam özü ödənişi edib”.

Hüseynbala Mirələmov məsələ ilə əlaqədar mətbuatda adının hallanmasından da söz açıb:

“Mən dəfələrlə, müsahibə vermişəm ki, seçkilərdə namizədliyimi irəli sürməyəcəm. Məni bir məsələ maraqlandırır, lap tutaq ki, fərz edək, oğlum su pulunu ödəməyib, bəs mənim bu məsələyə nə aidiyyətim var? Mənim şəkilimi qoyub, “sabiq deputatın oğlu məhkəməyə verildi” deyə başlıq yazıblar. Bu, nə deməkdir? Lap deyək oğlum su pulunu ödəməyib, onun şəklini qoyardın. Yoxsa mənim şəklimi qoyub, sabiq deputat yazıblar. Mən bunu anlaya bilmirəm. Bu, ədalətsizlik və jurnalistikaya xəyanətdir. Mən politexnik institunu bitirsəm də, 5 il “Azərbaycan Pioneri” qəzetinin ədəbiyyat şöbəsində Baş redaktor işləmişəm. Onda bunlar heç dünyada yox idi. Mənə jurnalistika öyrədirlər? Nə məqsədlə bunu etdiklərini bilmirəm. Mən istəsəm, belə bir həvəsim olsa, onların səviyyəsinə ensəm, onları məhkəməyə də verə bilərəm.”.
скачать dle 12.1