Bia.Az

Abdin Fərzəliyevin COP 29-a “töhvəsi” – FOTO

Sosial
 16-07-2024, 11:30     581

Bakı-Quba-Rusiya sərhəd yolunun Abşerondan keçən hissəsində 20 illik 18 ədəd şam ağacı kökündən məhv edilərək, yerində obyekt tikilib.

Tribunainfo.az-a göndərilən birinci və ikinci şəkildən də göründüyü kimi ağaclar yerindədi, sonuncu şəkilə baxanda isə ağacların məhv edilməsi və yerində obyektin parklanması üçün şəraitin yaradılması aydın şəkildə əks olunub. Məlumdur ki, bu yekəlikdə görülən işdən təbii ki, rayon rəhbərliyinin məlumatı olmamış olmaz.

Görünən odur ki, Abşeron Rayon İcra Hakimiyyıtinin başçısı Abdin Fərzəliyevin də ölkəmizdə keçiriləcək COP 29 tədbirinə töhvəsi elə bu imiş.





скачать dle 12.1