Bia.Az

Rus oliqarxların Türkiyəni seçməsinin SİRRİ - Bu qruplar müharibənin bitməsini istəmir: İSTİ DETALLAR

Siyasət
 17-08-2022, 00:51     227

Musavat.com Ankara Universitetinin professoru Toğrul İsmayılla gündəmdəki mövzular ətrafında müsahibəni təqdim edir:
69659.jpg (32 KB)
- Ermənilər Laçını yanğın törədərək tərk edirlər. Erməni vandalizminə dur deyən olacaqmı?
- İşğal edilmiş ərazilərdə daşı daş üstə qoymayan erməni zehniyyətinin tərk etdiyi yerləri salamat buraxması möcüzə olardı. Xəbərdarlıqlara, vədlərə baxmayaraq, erməni fitrəti üzə çıxır. Bu, yalnız vandalizm deyil, eyni zamanda ekoloji terrordur. Bunun qarşısı ciddi şəkildə alınmalıdır. Amma biz burada da ikili standartları görürük. Məsələ Azərbaycan, türklər olunca Qərbin gözü tutulur, qulağı eşitmir. Görməməklə bərabər, danışa bilmirlər. 44 günlük Vətən müharibəsi dönəmində ermənilərin dinc insanlara qarşı raket və digər qanunsuz sistemlərdən istifadə etməsi, işğal edilmiş ərazilərdə minalanmış sahələr, insanlarımızın terrora məruz qalması və s. məsələlərdə bu özünü göstərdi. Erməni terrorçuları ilə ciddi mübarizə aparmaq, bu məsələnin kökünü qurutmaq lazımdır.
2f5bbeb5-6a8f-338a-a02a-880e7f0338a3_850.jpg (85 KB)
- Gələn ay Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının sammiti zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Co Bayden arasındakı mümkün görüşdə  F-16 məsələsinin müzakirə ediləcəyi bildirilir. Gözləntilər necədir? Ümumiyyətlə, Türkiyə-ABŞ əlaqələri hansı səviyyədədir?
- İki lider arasında F-16 məsələsinin müzakirəsi növbəti mərhələ olacaq. Müzakirələr qızğın keçəcək, çünki Amerikanın qoyduğu şərtlər var. Əslində texniki məsələlər həll olunmuş vəziyyətdədir. ABŞ Senatı müəyyən şərtlər irəli sürmüşdü. Amerika son illərdə Türkiyəyə qarşı olduqca qərəzli bir siyasət aparır. Liderlər aralarındakı bəzi münasibətlərə öz mövqelərini daha qətiyyətlə söyləyəcəklər. Bura Suriyadakı əməliyyatlar, ABŞ-ın siyasəti ilə çox zaman üst-üstə düşməyən məsələlər aiddir. Amerikanın Suriyadakı terror qruplaşmalarına verdiyi dəstək də Türkiyənin xoşuna gəlmir və buna öz etirazını bildirir. Düşünürəm ki, ABŞ Türkiyə kimi bir müttəfiqini itirmək istəməz. Ona görə də yaranmış bu vəziyyətdən bir çıxış yolu axtarılacaq. Ümumiyyətlə, Türkiyə-ABŞ münasibətləri enişli-yoxuşlu, bəzən də anlayışlı əlaqələrdir. Nə tamamilə qopmaq üzrə, nə də tamamilə dostcasına olacaq. Necə ki, Amerika Türkiyə üçün vacib bir partnyordur, eyni şəkildə Türkiyə də xüsusilə öz bölgəsində ABŞ üçün çox vacib müttəfiqdir. Unutmaq olmaz ki, Türkiyə ciddi bir NATO ölkəsidir, güclü orduya sahib olan bir dövlətdir. Belə bir müttəfiqi itirmək işə yaramaz.
16192047853325950062_1200x630.jpg (294 KB)
- “Ərdoğanla Vladimir Putin arasında tərəfdaşlığın güclənməsi Qərb ölkələrini və xüsusilə Ankaranın NATO tərəfdaşlarını qıcıqlandırır”. Bunu “Nyu York Tayms” qəzetinin köşə yazarı Stiven Erlanger yazıb. Yazar haqlıdırmı?
- Türkiyə ilə Rusiya arasındakı münasibətlərə strateji iş birliyi də demək olduqca çətindir. Çünki Rusiya ilə Türkiyə bir çox məsələlərdə əks cəhbələrdə yer alır. Məsələn, Qarabağ məsələsində Rusiyanın mövqeyi Ermənistanın yanında yer almaqdır, Türkiyə isə açıq şəkildə Azərbaycana dəstək verir. Şuşa Bəyannaməsindən sonra Türkiyə və Azərbaycan aralarındakı münasibətləri strateji iş birliyindən müttəfiqlik səviyyəsinə çıxardı. Bu da çox vacib bir həmlə idi. Qərb yazarlarının, politoloqlarının bu fikirdə olması Türkiyəyə qarşı qərəzli mövqedən irəli gəlir. Türkiyə müsəlman ölkəsi  olaraq onların xoşuna gəlmir. Bölgədə güclü Türkiyə istəmədikləri üçün qardaş ölkəni hər məsələdə günahlandırmağa çalışırlar.
Aliyev_and_Erdogan_signed_Shusha_Declaration_on_allied_relations_3.jpg (2.01 MB)
 
- Türkiyənin Rusiya-Ukrayna müharibəsindəki mövqeyini necə dəyərləndirirsiniz?
- Türkiyənin Ukrayna məsələsində mövqeyi ilk gündən öz bəhrəsini verməyə başladı. Türkiyə müharibənin başlamasını istəmirdi. Amma gücü tam olaraq yetmədi. Savaş başladıqdan sonra da tərəfləri bir araya gətirməyə çalışdı. Türkiyə sayəsində Ukrayna və Rusiyanın xarici işlər nazirləri Antalyada foruma qatıldılar. Daha sonra İstanbulda görüşdülər. Hətta müsbət fikirlər var idi. Rusiya Kiyev və çevrəsindən ordusunu çəkdi. Sonradan barış yerinə tərəflər arasında Buça məsələsi ortaya çıxdı. Bir sözlə, gərginlik davam etdi. Ən sonda Türkiyə çox gözəl bir həmlə edərək diplomatik uğura imza atdı. Taxıl dəhlizi məsələsində Birləşmiş Millətlər Təşkilatının himayəsi ilə Türkiyə, Rusiya və Ukrayna heyətləri bir araya gəldi. Bu gün bu uğur, üstün hərəkət nəticəsində biz ərzaq böhranından qurtuluş görürük. BMT baş katibi Antonio Quttereş Türkiyə prezidentinə xüsusi təşəkkür etdi. Dünya liderləri də bunu ifadə etdi.
e36038c6ec81c35c44e56ccbabe85c541_fcfj_cover1658752873.jpg (154 KB)
Türkiyə Suriyada antiterror əməliyyatı aparmalıdır. Orada Rusiya, İran olduğu üçün məcburən Astana formatı davam edir. Digər məsələ taxıl dəhlizi ilə bağlıdır. Ərdoğanla Putin görüşdə ciddi məsələləri müzakirə ediblər. Türkiyəni maraqlandıran enerji sahəsində iş birliyidir ki, “Akkuyu” məsələsi gecikir. Ən önəmlisi, Suriya, Liviya məsələsində də tərəflər ortaq fəaliyyətə gəldilər. Türkiyə Liviyada BMT-nin rəsmən qəbul etdiyi hökumətə dəstək verdiyi zaman bəzi Qərb ölkələri qeyri-qanuni fəaliyyət göstərdilər. Fransanın Aralıq dənizindəki fəaliyyəti və ya ABŞ-ın Yunanıstanı silahlandırması, Suriyadakı PKK-ya yaxın ünsürlərə silah verməsi. Ankara bundan məmnun olmalıdır? Burada ikili standartlar açıq şəkildə ortaya qoyulub. Türkiyə beynəlxalq hüquqa əsaslanaraq Azərbaycana 44 günlük müharibədə dəstək oldu. Amma dünya dəstək vermədi. Bunlar onu göstərir ki, ikili standartlar var, davam edir. Azərbaycanın öz ərazisində doğru hərəkət etməsinə sərt münasibət göstərən Qərb inanmıram ki, Türkiyə kimi güclü bir ölkəyə, onun yürütdüyü siyasətə başqa gözlə baxsın. Təzyiq var, davam edir. ABŞ NATO müttəfiqi olan Türkiyəyə qarşı xüsusi sanksiyalar yönəldir. İsveç, Finlandiya kimi ölkələr də NATO üzvü olmaq istərkən bu sanksiyalara gedirdi.
Türkiyənin Ukrayna məsələsində tutduğu mövqe dəyişməzdir. Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıyır, müharibənin bitməsini istəyir və bunu dəfələrlə Putinə də bildirib. Amma sanksiyalara qatılmır, çünki bunun mənası yoxdur. Rusiya ona tətbiq olunan sanksiyalarla müharibədən vaz keçmədi. ABŞ, Böyük Britaniya kimi Türkiyə də Ukraynaya yardım edir. Silah satmaq məcburiyyətində deyil. Türkiyə öz milli maraqlarından dolayı siyasət aparmaq məcburiyyətindədir. Çünki Rusiya və Ukrayna Türkiyənin qonşularıdır. Bu baxımdan onun siyasəti fərqli olacaq.
1651425281_16cee1000c43c4b2dbb951e02f3e6878.jpg (92 KB)
 
Türkiyə beynəlxalq hüquqa uyğun şəkildə hərəkət edir, Rusiyanın işğal siyasətinə qarşıdır. Eyni zamanda reallığı da bildiyi üçün balanslaşdırılmış siyasət aparır. Türkiyə bu gün yeganə ölkədir ki, savaş getməsinə baxmayaraq, həm Rusiya, həm də Ukrayna lideri ilə görüşə bilir. Hər hansı bir NATO ölkəsi savaşda iştirak etmir. İkincisi, bir çox ölkələr Rusiya ilə ticarətini davam etdirir. Bu gün ABŞ Rusiya ilə ixracatda ilk üçlüyə daxildir. Almaniya, Cənubi Koreya da həmçinin. Göründüyü kimi, sanksiyalar çox effektli bir mexanizm olsaydı, indiyə qədər İranı diz çökdürərdi. Sanksiyalar daha çox vətəndaşları vurur, siyasi liderləri deyil. Rusiya oliqarxlarının pulları isə İtaliyada, Böyük Britaniyada və digər yerlərdədir. Dolayısı ilə o ölkələr də onlara qarşı həbs və ya sanksiya tətbiq edir. Son günlərdə bəzi zənginlər Türkiyəyə gəlməkdədir. Türkiyə hava və dəniz sərhədlərini kiməsə bağlamayıb. Bu gün Rusiya və Ukrayna arasındakı ticarət əlaqələri tamamilə kəsilməyib. Birdən-birə Rusiya ilə hər şeyi qoparmaq mümkün deyil. Türkiyə ukraynalılara öz qapılarını açıb. 200 mindən çox ukraynalı Türkiyəyə gəlmişdi. Hazırda onların sayı 60-70 mindir.
- Rusiya-Ukrayna savaşı ilə bağlı proqnozunuz necədir?
- Təəssüf ki, Rusiya-Ukrayna müharibəsi davam edəcək. Rusiya Qərbin dişsizliyini gördükcə Ukrayna üzərində təzyiqini artıracaq. Beynəlxalq ictimaiyyət heç bir şəkildə bunun qarşısını ala bilmir. BMT-nin funksiyası tamamilə durmuş bir durumdadır. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri qonşu ölkənin ərazisinə girib, işğalla məşğuldur. Xarici ölkələr Ukraynaya silahlar verirlər, ancaq bu, müharibənin gedişatını dəyişdirəcək gücdə deyil. Bir möcüzə olmazsa, qarşıda uzun sürəcək, can alıcı, yorucu bir proses var. Hər iki tərəfdən müharibənin bitməsini istəməyən, bundan qazanc əldə edən qruplar var.
afe8d01d-d245-3a6c-b4c8-46bcbd38368e_850.jpg (145 KB)


BİA.az
скачать dle 12.1