Bia.Az

BU AYIN SONU QARABAĞDA NƏ BAŞ VERƏ BİLƏR? – “Avropa İttifaqı hərəkətə keçməlidir”

Siyasət
 17-08-2022, 00:41     225

"Ötən ilin yayında Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin bölgəyə səfərindən sonra Aİ Azərbaycanla Ermənistan arasında vasitəçilik iddiasını açıqlayıb. Avropalılar bu rola nail olmaq üçün hətta Azərbaycan və Ermənistan üçün maliyyə paketlərinin büdcələrini yenidən nəzərdən keçirməyə razı olublar. Bu kontekstdə Bakının narazı qaldığı bərabərsizliyi də aradan qaldırmalı idilər".

"AzPolitika.info" xəbər verir ki, politoloq Fərhad Məmmədov Qərbin vasitəçilik cəhdlərinin hazırkı nəticələrini və perspektivləri təhlil edərkən bildirib.

Ekspert xatırladır ki, ötən ilin dekabrından Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin bir neçə üz-üzə görüşləri və videokonfransları keçirilib. "Üç bəyanat var ki, onların mətnləri Azərbaycan və Ermənistan liderləri ilə razılaşdırılıb. Şəxsi nümayəndələrin formatı yaradıldı. Prioritet sülh müqaviləsinin bağlanması və ölkələr arasında sərhədlərin müəyyənləşdirilməsi və açılması prosesində dolayı yolla iştirak etmək idi", - təhlilçi əlavə edir.
F.Məmmədov prosesin gedişinə yaradılan əngəllər barədə xatırlama edərək bildirir ki, ilk görüşdən əldə olunan razılaşmaların razılaşdırılmış müddətdə, yəni son tarixlərdə yerinə yetirilməsi problemi yaranıb: "2021-ci ilin dekabrından üç ay keçdikdən sonra Bakı İranla Memorandum imzaladı və beləliklə İrəvandan reaksiya gözləmədiyini nümayiş etdirdi... Sonradan Aİ-nin vasitəçiliyi ilə yaradıldığı elan olunan sərhəd komissiyasının da aqibəti eyni oldu".
Politoloq daha sonra Aİ vasitəçiliyinin zəif tərəflərinə nəzər salır: "Əsas problem - missiyasının zəifliyi, institusional bağlayıcının olmamasıdır. Çünki hər şey tərəflərin şifahi razılığı əsasında saxlanılır, Aİ-nin özü birbaşa masada yoxdur. Bu fakt eskalasiya zamanı Aİ-nin bütün təşəbbüslərini çətin vəziyyətə salır, çünki bir tərəfdən istinad ediləcək bir şey yoxdur, digər tərəfdən isə təsir mexanizmləri mövcud deyil. Aİ-nin Ermənistandakı xüsusi nümayəndəsi Klarranın bir məsuliyyətsiz bəyanatı təşkilatın bütün səylərini sual altında qoydu Yaxşı, "Twitter"də yaza bilərsiniz, eskalasiyadan sonra zəng edə bilərsiniz... və sonra nə?!"
F.Məmmədov vurğulayır ki, Avropa Birliyinin əlində yeganə maliyyə-pul mexanizmi qalır: "Siyasi təsir mexanizmləri mövcuddur, amma indiki şəraitdə onlardan istifadə regional balansda fəsadlar yaradır... Maliyyə kontekstində Aİ-nin Azərbaycan və Ermənistana dəstəyi vacibdir, amma prinsipial deyil. Azərbaycanın buradakı mövqeyi üstündür, çünki Aİ-nin maliyyəsi Ermənistana ayrılanla müqayisədə dəfələrlə kiçikdir".
Ekspert Prezident İlham Əliyevin elan etdiyi Laçının boşaldılması tarixi, Zəngəzur dəhlizi ilə bağlı gözlənilən qərarı və Azərbaycanın Qarabağdan Ermənistan silahlı qüvvələrinin çıxarılması tələbini xatırladır və əlavə edir ki, bu məsələlərlə bağlı Brüssel və Moskvada görüşlər gözlənilir.
"Qərarlar qəbul edilsə, harada elan olunacaq? Moskvada, yoxsa Brüsseldə?! Brüssel Moskvada üçtərəfli formatda qəbul edilən bəyanatları təsdiqləyən rolu ilə razılaşacaqmı", - təhlilçi sual edir.

F.Məmmədov xatırladır ki, Aİ-nin vasitəçilik məqsədi ilə istifadə etmək istədiyi maliyyə paketi var. Ermənistan bu dəstəyi ağılla qiymətləndirsə, ona faydalı ola bilər: "Xatırladım ki, Ermənistan Qarabağın erməni əhalisini maliyyələşdirir və oradakı erməni silahlı qüvvələrinin saxlanılmasının xərclərini də ödəyir. Hər il Ermənistan büdcəsindən Qarabağ ermənilərinə 300 milyon dollar gəlir, onlar da öz növbəsində Ermənistan vətəndaşlarının xidmətinin əvəzini ödəyirlər. Aİ Ermənistana verdiyi 750 milyon avro krediti avrobondların razılığı ilə dayandıra bilər. Çünki Avropadan gələn pullar Ermənistana Azərbaycanda silahlı qüvvələrini saxlamağa imkanlar yaradır və normallaşma prosesini tormozlayır. Ermənistan Aİ-ni vasitəçilik etməyə dəvət edibsə, razılaşmaları vaxtında yerinə yetirməlidir, əks halda eskalasiya üçün əsaslar yaradılır... Və eskalasiyalar dövründə Rusiyanın vasitəçiliyi ön plana çıxır, çünki Rusiya Federasiyası ərazidədir. Brüssel vasitəçilikdə mövqelərini qorumaq məqsədi daşıyırsa, mövcud mexanizmləri işə salmalıdır".
Politoloq sonda vurğulayır ki, Azərbaycan razılaşmalara riayət edir, ancaq Ermənistan razılaşmaların müddətlərini təxirə saldıqdan sonra fəal zor tətbiq etdiyini göstərdi. "Avqustun sonu - sentyabr ayının əvvəlində yeni eskalasiyanın olmaması üçün Aİ hərəkətə keçməlidir. Əlbəttə, Aİ rəhbərliyinin hələ də vasitəçilik etmək istəyi varsa", - Fərhad Məmmədov vurğulayır.

BİA.az
скачать dle 12.1