Bia.Az

DEPUTAT DÖVLƏT VƏSAİTİNİ TALAYANLARIN SİYAHISINI İSTƏDİ – “Onlara cəza verilməməsini qəbul edə bilmirəm”

Siyasət
 27-04-2022, 15:47     187

Xəbər verdiyimiz kimi, Milli Məclisin dünənki iclasında Hesablama Palatasının (HP) 2021-ci il üzrə hesabatı müzakirə olunub. Deputatlar sənəddə yer alan faktlar, Palatanın fəaliyyəti ilə bağlı müxtəlif fikirlər, təkliflər və tənqidlər səsləndiriblər.

Parlamenin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxışında əvvəlcə hesabatın yeni formada və qanunvericiliyə uyğun hazırlanmasını müsbət qiymətləndirib və HP sədri Vüqar Gülməmmədova təşəkkür edib.

Millət vəkili daha sonra sənəddə yer alan faktlara münasibət bildirib: "Hesabatın “Kənar dövlət maliyyə nəzarəti fəaliyyəti” bölməsində Kənar Dövlət Maliyyə Nəzarəti (KDMN) obyektləri tərəfindən mühasibat uçotunun aparılmasında və təqdim olunan maliyyə hesabatlarında uyğunsuzluqlara və təhriflərə yol verildiyi qeyd olunub. O cümlədən, maliyyə hesabatlarında məlumatların əks etdirilməməsi halları üzrə pozuntu məbləği 869,8 mln. manat, mühasibatlıq prinsiplərinə əməl edilməməsi, mühasibat yazılışlarının doğru verilməməsi nəticəsində məbləğlərin düzgün və müvafiq istiqamətdə əks olunmaması halları üzrə isə 139,9 mln. manat, ümumilikdə mühasibat uçotunun aparılmasında və maliyyə hesabatlarında olan uyğunsuzluğa görə 1009,7 mln. manat kənarlaşmaya yol verildiyi müəyyən edilib".
Komitə sədri daha sonra Vüqar Gülməmmədova bir neçə sual ünvanlayb: “Mühasibat uçotunun aparılmasının, eyni zamanda təqdim olunan maliyyə hesabatlarında uyğunsuzluqlara, təhriflərə yol verilməsinin səbəbləri Hesablama Palatası tərəfindən araşdırılıbmı?
Bu sahədə nöqsan və çatışmazlığa yol verilməsinin qarşısının alınması istiqamətində hansı tədbirlər görülməsi məqsədəmüvafiqdir?
Bilmək istərdim ki, büdcəyə pul ifadəsində bərpa edilmiş və bərpa edilməsi nəzərdə tutulmuş vəsaitlər dövlət büdcəsinin gəlir hissəsində hansı qaydada nəzərə alınır və həmin vəsaitlərin xərclənməsinə nəzarət necə həyata keçirilir?” 

S.Qurbanov əlavə edib ki, hesabatdan göründüyü kimi, nəzarət obyektlərində dövlət satınalmalarının bütün mərhələlərində normativ-hüquqi aktların tələblərinə əməl olunmadığı müəyyən olunur. Bu isə öz növbəsində dövlət vəsaitinə tələbatın düzgün müəyyənləşdirilməməsinə və vəsaitlərdən səmərəsiz istifadə olunmasına gətirib çıxarır. Millət vəkili daha sonra bir neçə təkliflə çıxış edib:
- Srtateji Planın icrası Əməliyyat Planına və Monitorinq Çərçivəsinə uyğun əks etdirilib, bu da maraqlı tərəflərin Strateji Plan barədə məlumatlılığının artırılmasına xidmət edir. Hesab edirəm ki, proseslərin izlənməsi və təqdimatı növbəti illərdə də davam etməlidir;
- Hesabatın təşkili bölməsində, o cümlədən Hesablama Palatasının təşkilati strukturu, kadr potensialı, keçirilmiş təlimlər, hüquqi təminat, keyfiyyətə nəzarətlə bağlı məsələlərdə bir sıra yeniliklərə yer verilib. Hesab edirəm ki, əvvəlki illər kimi Hesabatın xülasəsinin olması maraqlı tərəflər üçün görülən işlərin qavranılması baxımından sadə və rahat olardı;
- Nəzarət tədbirlərinin keçirilmə tezliyinə görə bölgüsünü ilk dəfə gördüm. Bu, əlbəttə ki, yaxşı təqdim olunmadır. Təkrar nəzarət tədbiri keçirilən, lakin nəticəsi qənaətbaxş olmayan qurumların adlarının çıxışda səslənməsi ümumi işə faydalı olardı;
- Artıq ödənilmiş vəsaitlərin büdcəyə bərpası istiqamətində addımları müsbət qiymətləndirirəm. Lakin həmin şəxslərə cəza verilməməsi, işlərində qalıb fəaliyyət göstərməsini qəbul edə bilmirəm. Onların siyahısını da hesabata əlavə etmək olar. Komitə sədri deyilənləri nəzərə alaraq, Hesablama Palatasının gələcək fəaliyyətində bu istiqamətə xüsusi diqqət yetirilməsini və ayrılan vəsaitlərin səmərəli və qənaətlə xərclənməsi daima diqqətdə saxlanılmasını tövsiyə edib.скачать dle 12.1