Bia.Az

“UKRAYNA DNESTRYANINI ƏLƏ KEÇİRƏ BİLƏR” – Ukrayna Moldovadan rəsmi müraciət gözləyir

Siyasət
 27-04-2022, 15:45     176

“Ukrayna Dnestryanını ələ keçirə bilər, lakin bir şərtlə ki, Moldova tərəfi rəsmən müraciət etsin”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç son müsahibəsində bildirib.

Prezident Ofisinin sözçüsü son günlər rus separatçılarının nəzarətində olan Dnestryanı ərazisindəki təxribatların və Rusiya hərbi rəhbərliyi, eləcə də Duma üzvləri səviyyəsində səsləndirilən təhdidlərin Moldova üçün təhlükəli siqnal olduğunu bildirib: “Moldovanın çox böyük problemləri ola bilər. Fikrimcə, bu vəziyyətdə Moldovanın edəcəyi ən yaxşı şey Ukraynaya və Rumıniyaya müraciət etməkdir”.



“Ukrayna Dnestryanını ələ keçirməyi bacararmı” sualına Arestoviç müsbət cavab verib. Lakin bir daha qeyd edib ki, bunun üçün Kişinyovun rəsmi müraciəti olmalıdır: “Bu, Moldovanın suveren ərazisidir, biz hətta bununla bağlı hansısa bəyanat verməyi belə doğru saymırıq. Yalnız Moldovanın rəsmi müraciətindən sonra”


Xatırladaq ki, aprelin 25-də işğal altındakı Dnestryanının paytaxtında bir neçə partlayış törədilib. Moldova və Ukraynada bu təxribatın Rusiya tərəfindən törədildiyi qənaətindədirlər. Belə ki, Rusiya hərbi rəhbərliyi açıq şəkildə Ukraynanın cənubunun işğalından sonra əsas məqsədin Dnestryanıya quru yolu açmaq olduğunu bəyan edib. Onu da qeyd edək ki, Moldova ilə Rumıniya milli kökləri və dil baxımından yaxın dövlətlərdir. Rumıniya isə NATO üzvüdür.
скачать dle 12.1