Bia.Az

“RAMİZ MEHDİYEV TÜRK DÜŞMƏNİDİR” – Türkiyənin Azərbaycandakı keçmiş səfiri

Siyasət
 26-04-2022, 17:04     189

“Mən də sizinlə eyni fikirdəyəm. Səfirlərin vəzifəsi həmin ölkədə çalışmaq olub. Ancaq bəzi rəsmilər buna maneçilik törədib. Bu baxımdan “Ramiz Mehdiyev türk düşmənidir” ifadəsini işlədə bilərəm”.

“Bizim.Media” xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç Ankara şəhərində hüquqşünas Aslan İsmayılovun "Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı" kitabının təqdimatında çıxışı zamanı deyib.

“O vaxtlar da bunu deyirdim. Ramiz Mehdiyev bizim illərimizi əlimizdən aldı. Mən isə bir millətin səfiri olmağa çalışdım”, - deyə o, əlavə edib.

Xatırladaq ki, Hulusi Kılıç 2008–2012-ci illərdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.скачать dle 12.1