Bia.Az

Parlament seçkiləri ilə bağlı kritik açıqlama – “Saziş olsa…”

Siyasət
 26-04-2024, 11:50     390

“Prinsip etibarilə bu və ya digər dairələrdə namizədlərin müdafiəsi, funksional əməkdaşlığa keçidin təmin olunması ilə bağlı hərəkətlərin koordinasiyası üçün blokların təşkili mümkündür”.

Bu sözləri Globalinfo.az-a Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bəzi partiyaların parlament seçkilərinə blok şəklində getməsinin daha məqsədəuyğun olacağı barədə fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, vahid seçki bloku şəklində seçkilərə getmək hələ ki real görünmür:

“Parlament seçkiləri həm də keçid dövrü üçün nəzərdə tutulub. Əgər referendum keçirilib, konstitusion dəyişikliklər olmazsa, keçid parlamentinin olacağını demək mümkündür”.


Pənah Hüseyn
P.Hüseyn qeyd edib ki, müxalifət və iqtidar arasında saziş mühümdür:
“İqtidarla ilkin təmaslar olmayıb, sadəcə, açıqlamalar əsasında fikirlər səsləndirilib. Lakin tərəflər arasında razılıq əldə olunarsa, növbəti seçkilərdə rəqabətli mühitin şahidi olarıq”скачать dle 12.1