Bia.Az

Osman Kazımov Müsavatın başqanlığına namizədliyini irəli sürdü

Siyasət
 26-04-2024, 00:35     485

Müsavatın Divan üzvü Osman Kazımov partiyanın başqanlığına öz namizədliyini irəli sürüb.

Bu barədə o, özünün feysbuk hesabında məlumat yayıb. 

Osman Kazımov Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür.  Bakı Dövlət Unuversitetinin məzunudur. 

 Ötən həftə Natiq Ulubəy başqanlığa namizədliyini irəli sürüb. 

Qeyd edək ki, Müsavatın növbəti 11-ci qurultayı mayın 4-də keçiriləcək. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsindən verilən məlumata görə, indiyədək Məclis üzvlüyünə 80-dən artıq, MNTK üzvlüyünə isə 7 nəfər namizədliyini irəli sürüb. Namizədlərin irəli sürülməsi prosesi aprelin 30-dək davam edəcək. (Basta)скачать dle 12.1