Bia.Az

“Namizədliyim 22 saylı Nəsimi-Yasamal dairəsindən irəli sürüləcək” – İLQAR MƏMMƏDOV

Siyasət
 15-02-2024, 19:41     343

“Partiyamızın Siyasi Komitəsi yaxın vaxtda təsdiqləsə, bu ilin parlament seçkisində Bakının 22 saylı Nəsimi-Yasamal dairəsindən namizədliyim irəli sürüləcək”. Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov bildirib.

İlqar Məmmədovun sözlərinə görə, adıçəkilən dairə keçirdiyi üç raund onlayn rəy sorğusu əsasında 6 ən çox məsləhət bilinən dairələr içinə düşüb: “Sonra ərazilər üzrə partiyamızın resursları, həmin dairələrin başqa namizədlərimizə uyğunluğu, eləcə də baş ofisimizə yaxın-uzaq olması nəzərə alındı. Məsafə önəmlidir: rəhbər kimi təkcə öz dairəmə deyil, bütövlükdə partiyanın kampaniyasına cavabdehəm”.Partiya sədri əlavə edib ki, son qərar hər halda REAL Siyasi Komitəsinin olacaq: “Qərarımı təsdiqləsə, 22 saylı Nəsimi-Yasamal dairəsində dəstəyiniz uğrunda yarışacam”.скачать dle 12.1