Bia.Az

Berbokun Bakıda təklifinə cavab: Nə vaxt İrəvan “tanısa…”

Siyasət
 5-11-2023, 12:14     378

Ermənistanda Qarabağ ermənilərinin geri qaytarılmasının tərəfdarı olanlar da var. Ancaq bunu səsləndirənlər geri qayıtmanın mexanizmi barədə fikir bildirmir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, “qayıdan ermənilərə beynəlxalq təhlükəsizlik təminatı verilməli və muxtariyyətləri olmalıdır” kimi “köhnə mahnılar” artıq tarixə qovuşub:

“Bu sözləri səsləndirənlər Qarabağa qayıtmaq istəyənlərin Azərbaycan vətəndaşlığını qəbul etməsi məsələsinin üzərindən hiyləgərcəsinə keçirlər. Ermənistan hakimiyyəti isə Qarabağ ermənilərinin Azərbaycana qayıtmasında israrlı deyil. Rəsmi İrəvan bunu ona görə istəmir ki, ermənilərin Qarabağa qayıdışının əvəzində rəsmi Bakının azərbaycanlıların Qərbi Zəngəzura qayıtması üçün şəraitin yaradılmasını tələb edəcəyini bilir. Buna görə rəsmi İrəvan ermənilərin Qarabağa qaydışında maraqlı deyil.

Almaniyanın xarici işlər naziri Annelena Berbok azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirdiyi birgə mətbuat konfransında dedi ki, Ermənistanda səfərdə olarkən Qarabağdan köçən insanlarla görüşüb və onlar Qarabağa qayıtmaq istədiklərini deyiblər. Alman dipolmat cümləsini belə bitirdi: “Hesab edirəm ki, Azərbaycan onlara şans tanımalıdır”.

Əlbəttə, nə zaman Ermənistan azərbaycanlıların Qərbi Zəngəzura qayıdışına şans tanıyacaq, o zaman Azərbaycan ermənilərin Qarabağa qayıdışına şərait yaradacaq. Şansı ermənilər qaçırdılar, “qalın yaşayın” deyildi onlara, istəmədilər”.скачать dle 12.1