Bia.Az

Bu ölkə "borc pərdəsi" ilə FRANSAyla BİRLƏŞDİ

Siyasət
 9-04-2023, 12:04     252

Yunanıstan Fransadan götürdüyü kreditlə hərbi gəmilər və reaktiv təyyarələr almaqla arsenalını genişləndirir.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, Yunanıstan bir nəslin gələcəyə olan ümidlərini əlindən alan dərin iqtisadi böhran keçirib.
2011-ci ildə Beynəlxalq Valyuta Fondu və Avropa Mərkəzi Bankı tərəfindən dəstək alan Yunanıstan iqtisadiyyatı keçmişə nisbətən yaxşılaşsa da, əvvəlki mövqeyini bərpa edə bilməyib. İşsiz gənclərin əksəriyyəti ölkəni tərk edib. Pensiyaçıların yaşayış səviyyəsi nəzərəçarpacaq dərəcədə aşağı düşüb.
yunan.PNG (1.03 MB)

Buna baxmayaraq, Yunanıstan silahlanmaya ayırdığı resursları nəzərəçarpacaq dərəcədə artırır.

2019-cu ildə ÜDM-nin 2,45 faizini müdafiə xərclərinə ayıran Yunanıstan 2022-ci ildə bu nisbəti 3,76 faizə yüksəldib. Bu nisbət ABŞ-ın milli gəliri ilə müqayisədə müdafiə xərclərindən də yüksəkdir. 2019-cu ildə silahlanmaya 5 milyard dollar xərcləyən Yunanıstan ötən il bu xərcləri 8,4 milyard dollara yüksəldib. ABŞ-ın Yunanıstana hərbi marağı artdıqca, ölkə bu super dövlətdən silah almaq üçün daha cəsarətli addımlar atır. "F-35" üçün gözü yolda qalan Yunanıstan eyni zamanda 35 "Black Hawk" helikopteri üçün ABŞ-dan cavab gözləyir.
Digər tərəfdən, Yunanıstanın Fransa ilə müdafiə müqavilələri var. Bu ölkə silahlar üçün Afinaya kredit də verir. 24 "Rafale" təyyarəsi və 3 "Belharra" freqatı tezliklə Yunanıstan ordusunun inventarına qoşulacaq.
bell.PNG (650 KB)

Yunanıstan iqtisadiyyatının bu il bir az daha yavaşlaması gözlənilir.

Ölkədə inflyasiya 12 faizlə 30 ilin pik həddindədir. Rusiya-Ukrayna müharibəsi fonunda turizm gəlirləri azalan ölkə pandemiya səbəbilə onsuz da iqtisadi mübarizə aparırdı. Kənd təsərrüfatı və turizm Yunanıstan iqtisadiyyatı üçün su, hava kimidir. Yunanıstanın bu il iqtisadi daralma yaşamaması üçün turizm gəliri keçən il olduğu kimi 17 milyard avro ətrafında qalmalıdır. Ölkə keçən il büdcəsindən enerji və yanacaq planlaması üçün 10 milyard avro istifadə edib.
Yunanıstan sənayeləşmiş ölkə deyil. Milli gəlirin 85%-ni xidmətlər sektoru, 3%-ni kənd təsərrüfatı sektoru, 12%-ni sənaye sektoru təmin edir. Yunanıstan uzun illər işsizlikdən əziyyət çəkən bir ölkədir. 2008-ci ildə baş verən qlobal böhrandan sonra Portuqaliya, İrlandiya və İtaliya kimi ölkələrin iqtisadiyyatı təşvişə düşsə də, Yunanıstanda mütləq çöküş müşahidə olundu. Yunanıstan xarici borcunu ödəmək üçün 2010-cu ilin aprelində BVF və Avropa İttifaqından borc götürdü. Bütün bunlara rəğmən, Yunanıstan hərbi arsenalını zənginləşdirməkdən çəkinmir. Onun bu mövqeyi dünyada birmənalı qarşılanmır./Musavat.com/   скачать dle 12.1