Bia.Az

Putin prezident seçkisinə qatılacaq, rəqibi isə...

Siyasət
 8-04-2023, 19:56     272

“Novaya qazeta” nəşri bir sıra siyasi ekspertlərin rəyini öyrənib - maraqlı mövqelər

Rusiyada növbəti prezident seçkisinə bir ildən bir qədər az vaxt qalıb. Qanuna görə, seçki 2024-cü il martın 17-də keçirilməlidir. Müxalifətçi “Novaya qazeta” nəşri bir sıra siyasi ekspertlərə bu suallarla müraciət edib:
1. 2024-cü ildə prezident seçkisi olacaqmı?
2. Putin seçkiyə gedəcəkmi?
3. Daha kimlər namizəd olacaqlar?
Politoloq Andrey Kolesnikov hesab edir ki, seçki də olacaq, Putin də namizədliyini verəcək. “Əks halda, niyə əvvəlki prezidentlik müddəti “sıfırlandı” ki? Onu ümummilli liderə, millətin atası Elbasına çevirmək variantı da mümkündür, lakin Qazaxıstanın bu təcrübəsi uğursuz oldu. Elita “texniki prezidentin” ətrafında birləşməkdənsə, “qanuni yolla seçilmiş” prezident ətrafında olmağı üstün tutur” deyə, politoloq bildirib. Onun sözlərinə görə, seçkidə kvazi-namizədlər mütləq olacaq.
1653811427_photo_89410091-1-669x430.jpeg (82 KB)
Liliya Şevtsova da hesab edir ki, 2024-cü ildə seçki olsa, Putinin qələbəsi şübhəsizdir. Amma politoloqun fikrincə, Kremlin daha saxta rəqiblərə ehtiyacı yoxdur: “Hakimiyyətə seçkidə dekorasiya lazım deyil. Üstəlik, hakimiyyətdən bir neçə namizəd avtokratiyanı dəyərsizləşdirir”.
Kirill Roqov isə hesab edir ki, Rusiyada uzun müddətdir ki, real seçkilər keçirilmir, nəticələr saxtalaşdırılır: “2000-2010-cu illərin əvvəlində azdozalı repressiv rejimdə seçkilər saxtalaşdırıldı. İndi rejim repressiyaları şiddətləndirib. Rusiyada əvvəl rəqabətli avtoritarizm vardı, bu gün isə diktaturadır. Diktaturalarda seçki iqtisadiyyatı ələ keçirmiş diktatoru və onun tərəfdarlarını legitimləşdirmək ritualıdır. İnsanlar bu seçkilərin necə keçirildiyini yaxşı bilirlər, amma özlərini sadəlövh kimi göstərirlər”.
Kirill Martınov da o fikirdədir ki, 2024-cü ildə prezident seçkisi mütləq keçiriləcək: “Putin hakimiyyəti dövlətin qeyri-məhdud səlahiyyətlərinin mənbəyi kimi xalqın iradəsinə istinad edərək davam edəcək. Fikrimcə, 2024-cü il seçkilərində bütün namizədlər hakimiyyətdən olacaqlar”.
Andrey Ryabova görə, 2024-cü ildə prezident seçkisi istənilən halda keçiriləcək. Putin nəinki seçkilərə qatılacaq, həm də hakimiyyət partiyasından yeganə namizəd olacaq: “2024-cü il seçkisi ilə bağlı varis planı haqqında hər cür fərziyyələr mənasızdır. Bu mövzu siyasi gündəm deyil. Parlament partiyaları indi öz namizədini irəli sürməyəcəyini desə belə, seçkidə iştirak edəcəklər. Kommunist Partiyasından Zyuqanov deyil, başqa biri namizəd olacaq, konkret kimin olacağını söyləmək isə hələ ki, çətindir. Liberal Demokrat Partiyası və “Yeni adamlar” bəzi mötədil namizəd irəli sürə bilər.”
genadi.jpg (110 KB)
Andrey Lipiski isə hesab edir ki, gələn il prezident seçkisinin keçirilib-keçirilməməsi, Putindən başqa konkret olaraq kimin namizədliyinin irəli sürüləcəyi Ukraynadakı hərbi əməliyyatların sonrakı gedişindən asılı olacaq: “Bütün bunları indidən proqnozlaşdırmaq mümkün deyil. Putin şübhəsiz ki, seçkiyə qatılacaq. Ona ümummilli legitimlik, opponentlərini daha da marginallaşdırmaq və özünə qeyd-şərtsiz xalq dəstəyi nümayiş etdirmək lazım gələcək. Digər mümkün namizədlərə gəlincə, Dumanın qondarma müxalifətindən belələri tapılacaq”.
Orxan ƏLİYEV,
Musavat.comскачать dle 12.1