Bia.Az

Uçot dərəcəsi sabit qaldı

İqtisadiyyat
 21-06-2024, 11:36     398

İyunun 21-də yayılan rəsmi məlumata görə, Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini 7,25 faizdə saxlayıb. Bu hədd mayın 2-dən qüvvədədir.

Növbəti qərarlar bu tarixlərdə açıqlanacaq: 31 iyul, 18 sentyabr, 30 oktyabr, 18 dekabr.

Uçot dərəcəsi kommersiya banklarına manatla verilən borclar üzrə faiz dərəcəsidir. 2024-cü il 8 faizlə start götürüb.

Əvvəlki illərin ilkin faiz dərəcəsi belə olub: 2008-ci il – 13 faiz, 2009-cu il – 8 faiz, 2010-cu il – 2 faiz, 2011-ci il – 3 faiz, 2012-ci il – 5,25 faiz, 2013-cü il – 5 faiz, 2014-cü il – 4,75 faiz, 2015-ci il – 3,5 faiz, 2016-cı il – 3 faiz, 2017 və 2018-ci illər – 15 faiz, 2019-cu il – 9,75 faiz, 2020-ci il – 7,5 faiz, 2021-ci il – 6,25 faiz, 2022-ci il – 7,25 faiz, 2023-cü il – 8,25 faiz.скачать dle 12.1