Bia.Az

"Hardan gəldi, hara getdi..." - Azərbaycana xarici turist hansı ölkədən gəlir, yerli turist hansı ölkələrə gedir?

İqtisadiyyat
 31-01-2024, 13:31     307

Pandemiyadan sonra Azərbaycandakı miqrasiya mənzərəsində ciddi dəyişikliklər baş verib. Miqrasiya prosesləri intensivləşir. Azərbaycana gələnlərin sayı ildən ilə artır. 2022-ci ildə Azərbaycana gələn əcnəbilərin sayı 1 milyon 602 min nəfər idisə, 2023-cü ilin statistikasında 2 milyon 100 minə yaxın olub. 2023-ci ildə gələnlərin sayı 2 milyon 100 minə yaxın olmuşdu ki, bu da 2022-ci illə müqayisədə 30% artım deməkdir.

Bu barədə Bizimyol.info xəbər portalına danışan "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov bildirib ki, burada söhbət ölkəyə gələn əcnəbilərdən gedir. Amma turist kimi gəlib, 15 gün ölkə ərazisində olan və gedən əcnəbilər Dövlət Miqrasiya Xidməti orqanlarında qeydiyata alınmırlar. Yəni 15 gündən artıq kim qalırsa, onlar 15 gün ərzində olduqları yer üzrə qeydiyata düşməlidirlər.
Azər Allahverənov 
Azər Allahverənov

2023-cü ildə 372 185 nəfər, 2022-ci ildə bu rəqəm 314329 nəfər olub. 2022-ci illə müqayisədə bu 57 806 nəfər və ya 15,5% deməli artımdır. Ekspert vurğulayıb ki, ümumilikdə ölkəyə gələn əcnəbilərin sayında 30% artım var. Amma olduğu yer üzrə qeydiyyata düşən və 15 gündən artıq ölkə ərazisində qalan şəxslərin sayında 15,5 % artım olub.
Azər Allahverənov bildirib ki, bu ildən ilə Azərbaycana gələn miqrantların sayında artımların olduğunu sübut edir.
“Azərbaycanın miqrasiya etdiyi ölkələr dəyişilməz qalır. Bu ölkələr Rusiya, Türkiyə, Gürcüstan, İran və Ukraynadır. Yay fəslində ərəb ölkələrindən diqqət mərkəzində olan Səudiyə Ərəbistanıdır. Statistikaya nəzər saldıqda birinci üçlükdə Rusiya, Türkiyə və Gürcüstan var. Dekabr ayının statistikasını götürsək, dekabr ayının ilk üçlüyündə Rusiya, Türkiyə və Hindistan var. Dördüncü yerdə İran, beşinci yerdə isə, ərəb əmirlikləridir. Noyabr ayının statistikasına baxsaq, noyabr ayının statistikasında Rusiya, Türkiyə, İran, Hindistan, Gürcüstandır. Bu beşliyin 4-cü, 5-ci yerləri mütəmadi olaraq dəyişir. Amma ilk yerlərdə Rusiya, Türkiyə və İrandır. Azərbaycana Rusiya, Türkiyə, İran, Hindistan, Gürcüstan, Səudiyyə Ərəbistanı, Qazaxıstan və Pakistandan daha çox əcnəbi gəlir. Bu siyahıda Özbəkistan, Ukrayna da var. Yəni ilk onluq Ukrayna ilə yekunlaşır. Bizim bu dövlətlərlə, çox sıx intensiv miqrasiya mübadiləmiz var”-deyə Azər Allahverənov əlavə edib.
Mütəxəssis bildirib ki, azərbaycanlıların getdiyi də elə ən çox intensiv miqrasiya mübadiləmiz olan ölkələrdir. Azərbaycanlılar daha çox Rusiya, Türkiyə və İrana üstünlük verirlər.
Azər Allahverənovun sözlərinə görə, Türkiyəyə gedənlər daha çox əmək fəaliyyəti ilə məşğul olmağa gedirlər. İrana gedənlər daha çox ticarət, səhiyyə və ya tibbi müayinə, müalicələr üçün gedirlər.
Rusiyaya gedənlərin böyük əksəriyyəti əmək fəaliyyəti ilə məşğul olmaq istəyənlər, təhsil alanlar və digər məsələlər üçün gedənlərdir.
“Avropa ölkələri də müəyyən mənada bizim diqqət mərkəzimizdədir. Müəyyən çətinliklərə baxmayaraq, vizanın alınması və digər məsələlər… Yenə də Azərbaycanın daha çox üz tutduğu ölkələr Almaniya, Polşa və Çexiyadır. Bu ölkələrə getmək istəyən azərbaycanlılar daha çox əmək fəaliyyəti ilə məşğul olmaq istəyən insanlardır. Məqsədlərinə çatmağından aslı olaraq, onların səfərlərinin müddəti də dəyişə bilər”-deyə Azər Allahverənov vurğulayıb.скачать dle 12.1