Bia.Az

Qərb ağır silahını işə salır – Rəngli inqilab dalğası geri qayıdır?

Gündəm
 24-01-2024, 22:57     178

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə iki həftə qalır. Seçki öncəsi Azərbaycana Qərbdən təzyiqlərin artdığı müşahidə edilir.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Zaur Məmmədov deyib ki, ölkəmizə qarşı hazırda müxtəlif təşkilatlar və ölkələr vasitəsilə eyni mərkəzdən idarə edilən təzyiqlər mövcuddur:

““İki gün əvvəl Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Avropa İttifaqı ard-arda Azərbaycan əleyhinə bəyanatlar verdilər. Bunların məqsədli olduğu açıq görünür. Cənubi Qafqazda geosiyasi proseslərin rəqabət və münaqişə fazasına keçməsi fonunda Azərbaycana təzyiqi artırmağı fikirləşirlər. Soros və Qərbin ayrı-ayrı fondları tərəfindən 2000-ci illərin əvvəllərindən başladılan inqilablar az qalsın Bakıya qədər gəlmişdi. Bir neçə post-sovet ölkəsinə rəngli inqilablarla hakimiyyət dəyişikliyi baş verdi. Şərqi Avropa ölkələrində də bu dalğa yaşandı. Serbiyanı çıxmaqla, həmin dövlətlərdə də hakimiyyətlər dəyişdi. Qərbmeylli şəxslər hakimiyyətə gətirildi. Bütün bu hadisələr heç də təsadüfi deyildi. Müəyyən mərkəzlərin əvvəlcədən siyasi texnologiyalar tətbiq edərək cəmiyyətlərə təsiri nəticəsində baş verdi. Yaxın Şərq və bəzi islam ölkələrində də inqilab dalğası yaşandı.
Suveren siyasət yürüdən Azərbaycan isə müəyyən qruplara sərf etmir. Onlar özlərinə maşa rolunu oynayacaq Nikol Paşinyan kimi rəhbərlər istəyirlər. Bütün bunların fonunda ölkəmizə qarşı təzyiqlərin daha da artacağı istisna deyil. Azərbaycanın bütün proseslərdən uduşlu çıxmasının səbəbi odur ki, illər ərzində ölkə hakimiyyəti milli ideologiya istiqamətində ciddi işlər aparmış, cəmiyyət daxilində xarici və daxili siyasətlə bağlı pərakəndəlik yoxdur, həmrəy baxış bucağı var. Qeyd etməliyik ki, xarici coğrafiyalar üçün siyasət aparılmamalı, ölkə maraqları naminə iş görülməlidir. Bizim maraqlarımızı nəzərə alan ölkələrlə münasibətlərimizi inkişaf etdirəcəyik”.

Zaur Məmmədov
Politoloqun sözlərinə görə, Qərbdəki bəzi mərkəzlər çalışırdılar ki, ölkədəki kiçik qrupları böyüdərək ictimai fikrə təsir etsinlər, sosial şəbəkələr vasitəsilə çirkli toxumlarını əksinlər:
“Lakin öz məqsədlərinə çatmadılar. Bunun üçün də ölkəmizə təzyiq etməyin başqa yollarını axtarırlar. Bu hadisə bir daha göstərdi ki, erməni məsələsinin Cənubi Qafqazda aradan qaldırılması kimlərə sərf etmir, zamanında bir milyona yaxın qaçqın və məcburi köçkünlə bağlı susan, hələ də minalanmış ərazilərdə mina qurbanı olan 340 nəfərədək insanın taleyi haqqında danışmayan Avropa könüllü şəkildə Qarabağdan köçən ermənilərin guya dərdinə yanır. Üstəlik Avropa İttifaqı Azərbaycanı özünün Ermənistanda yerləşdirdiyi missiyasını Laçına, Qarabağ bölgəsinə buraxmamaqda günahlandırır. Bəs bu vaxta qədər harada idilər? Niyə gəlib yoxlama aparmırdılar? Hər halda Cənubi Qafqazdakı proseslər Azərbaycandan asılıdır”.скачать dle 12.1