Bia.Az

Paşinyan narahatdır: lokal əməliyyatlar başlayacaq? – Polkovnikdən ŞOK

Gündəm
 24-01-2024, 14:18     148

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin analizində qeyd olunub ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı müzakirələrdə zəmanət mövzusu önə çıxır. Ermənistan təhlükəsizlik zəmanətçisi kimi İran, AB, Fransa və ya ABŞ-ı görmək istəyir. Digər tərəfdən Rusiya ilə də əməkdaşlıq edir.

Maraqlıdır, Ermənistan hansı təhlükəyə qarşı bu kimi addımlar atır?

Üzeyir Cəfərov
Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib ki, İrəvan sülh müqaviləsini imzalamağa tələsmir:
“Müxtəlif yanaşmalar var. Mövzu ilə bağlı məsləhətləşmələr aparılır. Ermənistan Xarici İşlər Nazirliyi və Baş nazir Nikol Paşinyan belə bir bəyanat verdi ki, guya Azərbaycan və Ermənistanda daxili-xarici qüvvələr sülhdə o qədər də maraqlı deyillər. Paşinyan sülh müqaviləsinin imzalanmasını uzatmaq üçün bu kimi bəhanələri ortaya atır”.
Ekspertin sözlərinə görə, tezliklə tərəflər arasında işğaldakı 8 kəndlə bağlı müzakirələrin aparılacağı gözlənilir:
“Ermənistan prosesi uzatmaqla səhvlərə yol verir. Paşinyanın narahatlığının səbəbi odur ki, həmin səhvlər acı sonluqla nəticələnə bilər. İki ölkə arasında müharibənin baş verəcəyini düşünmürəm. Çünki fevral ayının 7-də ölkədə növbədənkənar prezident seçkiləri, ilin sonunda isə “COP29″ tədbiri keçiriləcək. Buna baxmayaraq, lokal gərginlik gözləniləndir”.скачать dle 12.1