Bia.Az

Mərkəzi Bank hansı dildə danışır - Camaat nə başa düşsün...

Gündəm
 29-04-2020, 13:24     300

Mərkəzi Bank hansı dildə danışır - Camaat nə başa düşsün...Xəbər verdiyimiz kimi, Azərbaycanda biznes və istehlak təyinatlı kreditlərin (əsas və ya faiz borcu) tam və ya qismən gecikdirilməsi halında, 30 sentyabr 2020-ci ilə qədər borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması kredit təşkilatlarına tövsiyə ediləcək və bu zaman borcalanların kredit tarixçəsi pisləşdirilməyək. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi “Tədbirlər Planı”nın “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində Maliyyə Sabitliyi Şurasının tövsiyələrini nəzərə almaqla qəbul etdiyi Tədbirlər Planında bildirilir.

Qərarı AYNA-ya şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bildirib ki, Azərbaycan Prezidentinin "Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Tədbirlər Planı”nın "Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində Azərbaycan Mərkəzi Bankı Maliyyə Sabitliyi Şurasının tövsiyələrini nəzərə almaqla müvafiq qərar qəbul edib: “Bu qərar fiziki şəxslərin İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiyasını, dövlət fondlarının vəsaitləri hesabına verilmiş biznes təyinatlı kreditlərin restrukturizasiyasını, eləcə də sığorta və kapital bazarı iştirakçılarının dəstəklənməsini əhatə edən məsələləri də nəzərdə tutur. İqtisadiyyatın pandemiyadan təsirlənmiş sahələrində fəaliyyət göstərən özəl biznes subyektlərinə, o cümlədən sahibkarlıqla məşğul olan fiziki şəxslərə kredit təşkilatları tərəfindən verilmiş, 01 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və kredit faizləri dövlət tərəfindən subsidiyalaşdırılacaq, kreditlərin restrukturizasiyasına imkan yaradılacaq. Bir sözlə, 30 sentyabr 2020-ci ilədək kredit şərtləri pisləşdirilməyəcək, kreditin faizləri yüksəldilməyəcək və sair. Azərbaycan Respublikası Prezidentinin sözügedən 19 mart 2020-ci il tarixli Sərəncamı ilə bu qəbildən olan sənədlərin hazırlanmasına 2 həftə vaxt verilmişdi. Çünki pandemiya mərhələsində ən qiymətli şey vaxtdır”.

“Hazırda itirilən hər saatın arxasında duran maliyyə və sair itkilər bir aydan sonra bir günün itkilərinə bərabər olmaqla, daha böyük ziyanlara gətirib çıxaracaq. Lakin bu sadə həqiqət Mərkəzi Bankın hazırladığı sənəddə yetərincə nəzərə alınmayıb. Prezident 2 həftə vaxt verməsinə baxmayaraq, maliyyə sahəsinə aid bu sənəd demək olar ki, bir aya ortaya çıxıb. Ortaya çıxan sənəd də yarımçıq xarakter daşayır. Əhali heç anlamır ki, Mərkəzi Bankın hazırladığı sənəddə Bank onlara nə demək istəyib, bu sənəddə yazılanlar onun kreditlərinə münasibətdə ona nə verəcək? Kredit güzəştləri haqqında hazırlanmış sənəd sadə, aydın və hamının başa düşə biləcəyi dildə yazılmalıdr. Ona görə də Mərkəzi Bankın işçilərinin bu sənəd barədə əhaliyə anlaşılan dildə əlavə məlumat verməsini zəruri hesab edirik. Pandemiya ilə əladədar yaranmış vəziyyət fors-major vəziyyətdir. Bu səbəbdən insanlar evdə oturmağa məcbur olduğundan onların bir hissəsi bütün gəlir mənbələrindən məhrum olub. Ona görə də aldıqları kreditləri ödəyə bilmirlər”, - deyə deputat bildirib.

Məsimli əlavə edib ki, buna baxmayaraq, belə bir şəraitdə banklar vətəndaşlar zəng edib, mesaj göndərib kreditin ödənilməsini tələb edir: “Vətəndaş dövlətdən aldığı və ya almağa ümidləndiyi 190 manatı fizioloji mövcudluğunu birtəhər saxlamağa, yoxsa bankların tələbi ilə kredit borclarının bağlanmasına yönəltsin? Bir aydan çoxdur, bu sual açıq qalır. Ona görə də bu məsələ ilə bağlı gözlənti bundan ibarətdir ki, sahibkarlara proqramda nəzərdə tutulduğundan əlavə, həm də mövcud biznes kreditlərinin ödənilmə müddətində güzəştlər də əlavə edilsin, əhalinin istehlak, ipoteka kredit borcları və faizlərin ödənilməsində sentyabrın sonuna qədər tətillər verilsin və digər güzəştlər edilsin, kredit ödəmələrinin gecikdirilməsinə görə tətbiq edilən sanksiyalar dayandırılsın. Yəni banklar sentyabrın sonuna qədər vətəndaşlara zəng edib, kreditləri ödəməsini tələb etməsin, qeyd olunan səbəblərdən gecikən kreditlərin Mərkəzi Kredit Reyestrində gecikmə kimi qeydə alınmasın, onların üzərinə həmin dövr üçün faiz, gecikməyə görə dəbbə hesablanmasın və sair hallar olmasın. Bunun əvəzində isə hesablamalar aparılsın, bankların əhaliyə və biznesə verəcəyi bu cür ünvanlı güzəştlərin müqabilində dövlət və Mərkəzi Bankı kommersiya banklarına müvafiq dəstək versin”.скачать dle 12.1