Bia.Az

"İlk sevgim o oldu, sonra eşitdim ki, intihar edib" - Könül Kərimova

Gündəm
 29-04-2020, 11:46     276

"İlk sevgim o oldu, sonra eşitdim ki, intihar edib" - Könül Kərimova
"Sevgi elə bir duyğudur ki, tükənə və bölünə bilir. Amma dərdindən ölmək başqadır. Əgər birini dərdindən öləcək qədər sevirsənsə, bu hisslər sönməz. Bu sevgi qəbr evinə qədər gedir. Az adam olub ki, sevgidən ölüb? Kiminsə kiminsə dərdindən ölməsinin şahidi olmuşam. Cismən sevgidən ölən də olub".
bia.az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "Şou ATV" verilişində deyib. Sevgidən danışan müğənni ailəsində yaşanan hadisəni bölüşüb:

"Bibim öləndə həyat yoldaşı 3 gün çörək yemədi. Arvadının ölümünü qəbul edə bilmirdi. Üç gün onun qəbrinin üstündə ağladı və orda da dünyasını dəyişdi".

Kərimova aparıcı Nanə Ağamalıyevanın "Dərdinizdən ölən olub" sualına isə "Sevgidən cismən ölən deyirik... Belə bir şey olub, indi də var. Biz sənət adamlayırıq, bu şeylər bizim üçün əlçatmaz deyil. Dərdindən ölmək hər cür var: xanım və ya sənətçi kimi" cavabını verib.

Könül daha sonra sevgidən ilham aldığını deyib:

"Sevərək yaşamağı seçərdim. Eqoist insanlar sevilərək yaşamağı arzulayır. Sevgisiz həyat maraqsız olur. Sevirsənsə, həyatda hər şeyə nail olacaqsan. Sevgi insana güc verir. Hər cür sevgi var, birmənalı deyil. O vaxtlar hər şey gözəl idi. İndi elə bilirlər ki, sevgi əl-ələ tutub, bulvara getməkdir.

İlk dəfə 8-ci sinifdə oxuyanda sevgi hissini yaşadım. Bütün günü oturub gözləyirdim ki, o, dərsə gəlsin. Platonik sevgi idi, heç kimin yanında deməmişəm. Düşünürdüm ki, kimsə eşitsə, qəbahət olar. Həmin oğlan sonra intihar etdi. Bacısına məktub yazıb qoymuşdu ki, xoşbəxt olmadım".
скачать dle 12.1