Bia.Az

“Xanzadə” Seymur ibn Vasifin şilləvuranı və sürücüsü Həsən Əhmədov iş adamı Razi Orucovdan qəsb etdiyi mülkləri geri qaytarmaq istəmir

Fakt
 21-12-2022, 15:51     236

“Xanzadə” Seymur ibn Vasifin şilləvuranı və sürücüsü Həsən Əhmədov iş adamı Razi Orucovdan qəsb etdiyi mülkləri geri qaytarmaq istəmir.
Redaksiyamıza bu barədə məlumatı iş adamının özü verib.

Onun bildirdiyinə görə, Həsən onu dilə tutub DTX-ya etdiyi şikayəti geri çəkdirməyə çalışır. Bildirilir ki, Həsən Əhmədov ötən il iş adamının əlindən bu mülklərini almışdı.
3 maşın: 1 Ford tranzit, 1 Prado, 1 Niva;
4 ev;
1 quşçuluq ferması: 385 baş xırdabuynuzlu, 107 baş iribuynuzlu, 5000 ədəd toyuq, ördək. Hazırda fermanın sənədləri Orucovlarda olsa da, onun içərisindəki mal-qara və quşlar ərşə çəkilib.
Bir də “Sizin Market”in kassasında qalan 56 min 500 dollar pul.
Razi Əhmədovun şikayəti əsasında Həsən Əhmədov DTX-ya dindirilməyə cəlb olunmuş, hətta bu məqsədlə paytaxta gətirilmişdi. Dindirildikdən sonra Naxçıvana qayıdan “vəliəhd şilləvuranı” qəsb etdiyi əmlakların bəzilərinin özünü, bəzilərinin isə sənədini geri qaytarmışdı.
Geri qaytarılanlar:
4 evdən 3-ü. Evlərdən biri isə hələ də Həsən Əhmədovun ixtiyarındadır və o, başqasının evini “Alman apteki”nə çevirib. İş adamına isə söz verib ki, bu ay tamamlansın, gələn ayın 5-də onu da geri qaytaracaq.
3 maşından sadə Niva geri qaytarılıb. Onun səbəbi isə həmin maşının texpasportunun Razidə qalması olub. Razi Həsən Əhmədova mesaj göndərib ki, texpasportu müvafiq orqanlara verib maşınının oğurlandığı iddiasını irəli sürəcək və dolayısıyla maşın axtarışa veriləcək. “Şilləvuran” yeni sürprizlərlə üzləşməmək üçün təcili başqa bir Niva alıb Raziyə qaytarıb. Digər maşınların əvəzini isə gələn ay qaytaracağına söz verib. Məsələ burasındadır ki, “vəliəhd şilləvuranı” qəsb etdiyi bütün maşınları dərhal satıb, pulunu da xərcləyib. İndi həmin maşınları satdığı adamlardan da ala bilmir.
Razinin qəsb olunmuş ferması isə nəinki ona qaytarılmır, hətta fermanın əsl sahibinə onun içərisinə girməyə belə icazə verilmir.
Mənimsədiyi əmlakı qaytarmaq əvəzinə Həsən Əhmədov iş adamının başını şirin vədlərlə aldadaraq, DTX-ya şikayətini geri götürməyi ondan tələb edir.
İş adamı bu gün yenidən DTX-nın Naxçıvan Baş İdarəsinə şikayətə getməyi planlaşdırır.
Heydər Oğuz
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!

“Xanzadə” Seymur ibn Vasifin şilləvuranı və sürücüsü Həsən Əhmədov iş adamı Razi Orucovdan qəsb etdiyi mülkləri geri qaytarmaq istəmir“Xanzadə” Seymur ibn Vasifin şilləvuranı və sürücüsü Həsən Əhmədov iş adamı Razi Orucovdan qəsb etdiyi mülkləri geri qaytarmaq istəmir“Xanzadə” Seymur ibn Vasifin şilləvuranı və sürücüsü Həsən Əhmədov iş adamı Razi Orucovdan qəsb etdiyi mülkləri geri qaytarmaq istəmir“Xanzadə” Seymur ibn Vasifin şilləvuranı və sürücüsü Həsən Əhmədov iş adamı Razi Orucovdan qəsb etdiyi mülkləri geri qaytarmaq istəmir“Xanzadə” Seymur ibn Vasifin şilləvuranı və sürücüsü Həsən Əhmədov iş adamı Razi Orucovdan qəsb etdiyi mülkləri geri qaytarmaq istəmir“Xanzadə” Seymur ibn Vasifin şilləvuranı və sürücüsü Həsən Əhmədov iş adamı Razi Orucovdan qəsb etdiyi mülkləri geri qaytarmaq istəmirскачать dle 12.1