Bia.Az

Bakıda şirniyyat mağazasında RƏZALƏT – Siçovul məhsulun üzərində GƏZİR

Fakt
 20-12-2022, 13:50     221

Paytaxtda şirniyyat mağazalarından birində xoşagəlməz hal yaşanıb.

BİA.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında yerləşən şirniyyat evində siçovulun məhsulların üzərində gəzdiyi müşahidə edilib.

İyrənc mənzərə sosial şəbəkə istifadəçilərində də həmin satış obyektinə qarşı ikrah hissi oyadıb.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik.

Qurum rəsmisi Mansur Piriyev Bizim.Media-ya açıqlamasında qeyd olunan məsələnin Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürüldüyünü bildirib:

“Məlumat sosial şəbəkədən götürülərək hazırda araşdırmalar həyata keçirilir. Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”, - deyə o bildirib.

Qeyd edək ki, yayılan görüntülərin “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən “Balaca” adlı şirniyyat mağazasına aid olduğu iddia edilir.

VİDEO BURADA: https://player.bizim.media?v=13308&share_user_id=
скачать dle 12.1