Bia.Az

SON DƏQİQƏ! ABŞ-a böyük şok - Əgər müharibə başlasa...

Dünya
 9-10-2022, 13:20     192

24 fevraldan - Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başladığı gündən bəri ABŞ Kiyevə ümumilikdə 16 milyard dollarlıq silah yardımı edib.

Musavat.com xəbər verir ki, Ukraynaya göndərilən silah və hərbi texnika ABŞ-ın ehtiyatını kəskin şəkildə azaldıb.

Amerika mətbuatının yaydığı məlumata görə, Vaşinqton administrasiyası istehsalı dayandırılmış və ya aşağı tutumlu raket və sistemlərin istehsalını artırmaq üçün sənayeyə təzyiq göstərir.

ABŞ Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Mark Cancian bildirir ki, ABŞ-ın tükənmiş sursat ehtiyatları mümkün müharibə və ya təlim üçün minimum səviyyəyə düşüb.

ABC televiziyasına danışan ABŞ ordusunun rəsmisi isə Vaşinqtonun total müharibə vəziyyətində sursat ehtiyacı ilə bağlı təlimlər aldığını və bu ehtiyacın gözləniləndən çox olduğunu bildirib.скачать dle 12.1