Bia.Az

Sorğu gedir: Kim Ermənistanı böhrandan çıxara bilər?

Dünya
 12-03-2021, 15:06     77

Armeniasputnik.am saytı “Kim Ermənistanı böhrandan çıxara bilər” sualı ilə internet sorğusu keçirir. Sorğuya 7 siyasətçinin adı daxil edilib: baş nazir Nikol Paşinyan, sabiq prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan, keçmiş baş nazir Karen Karapetyan, Vətəni Xilas Hərəkatında birləşmiş müxalifətin lideri Vazgen Manukyan (baş nazir, dövlət naziri, müdafiə naziri olub), İşıqlı Ermənistan Partiyasının lideri, parlamentin deputatı Edmon Marukyan.

Sayt ziyarətçilərinin “Başqası” və “Heç kim” variantları üzrə də səs vermək imkanı var.

Novator.az bildirir ki, martın 12-nə sorğunun nəticələri belədir:

Nikol Paşinyan – 47,1%
Robert Köçəryan – 21,9%
Karen Karapetyan – 3,2%
Levon Ter-Petrosyan – 3%
Vazgen Manukyan – 1,3%
Serj Sərkisyan – 0,7%
Edmon Marukyan – 0,5%
Başqası – 8,2%
Heç kim – 14,1%.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə iddia edən Ermənistan 1988-1994-cü illərin təcavüzündə ölkənin bütün cənub-qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələrinin işğal bölgəsində apardığı əməliyyatlar və noyabrın 10-da əldə olunan razılaşma ilə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları, Laçın rayonunun böyük hissəsi, Şuşa şəhəri və rayonun bir hissəsi, Xocavənd, Xocalı rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun bir neçə kəndi bölgədə atəşkəsi qorumağa məsul olan Rusiya Ordusu bölmələrinin nəzarətindədir.
Müharibədəki məğlubiyyət Ermənistanda dərin böhran, siyasi qarşıdurma yaradıb. Bəzi müxalif qüvvələr 2018-ci ildən baş nazir olan Nikol Paşinyanın istefası tələbini qoyur, mütəmadi aksiyalar keçirir.скачать dle 12.1