Bia.Az

Ermənistanın miqrasiya göstəriciləri

Dünya
 11-03-2021, 11:22     392

Hər il 80 minə yaxın Ermənistan vətəndaşı iş üçün xaricə gedir. Əsas ünvan Rusiyadır. Ermənistan Miqrasiya Xidmətinin rəisi Armeniasputnik.am saytına belə açıqlama verib.

Novator.az bildirir ki, açıqlamada 2020-ci ildə koronavirus məhdudiyyətlərinin miqrasiya prosesini zəiflətdiyi vurğulanır.

Rəsmi statistikaya görə, 2017-ci ildə Ermənistandan gedənlərin sayı ölkəyə gələnlərin sayından 26 min nəfər çox olub: “2018-ci ildən əks proses başlayıb. Həmin il gələnlərin sayı gedənlərin sayını 15 min nəfər üstələyib. 2019-cu ilin analoji göstəricisi 10 min nəfərdən bir qədər çox, 2020-ci ilin göstəricisi 12 min nəfərdir”.

Açıqlamaya əsasən, 2020-ci ildə 819 nəfər əcnəbi Ermənistanda iş üçün müvəqqəti yaşamaq icazəsi alıb, 196 nəfər xariciyə biznes qurmaq imkanı, 11 nəfərə xüsusi statusla yaşamaq hüququ verilib.

Miqrasiya Xidməti qeyd edir ki, ildə 240-280 nəfər əcnəbi Ermənistana sığınacaq üçün üz tutur.
скачать dle 12.1