Bia.Az

Putinin məxfi danışıqları dinlənilir? – Sirli “böcəklər”…

Dünya
 22-08-2024, 00:13     531

Prezidentlərin, diplomatların bağlı qapı arxasındakı danışıqları hər zaman xüsusi xidmət orqanlarının marağında olub. Bununla bağlı yaxın-uzaq keçmişdə xeyli nümunələrin olduğu bəllidir.

BMT-nin ofisində dinləmə “böcəklərinin” aşkarlanması, Almaniyanın keçmiş kansleri Angela Merkelin yazışmalarının ələ keçirilməsi, ABŞ diplomatik korpusunun bütün dünyadakı gizli yazışmalarının ifşa olması, sonradan “Vikiliks”in qurucusu Culian Assancın bunları yayması buna misal ola bilər.

Bu baxımdan Rusiya Prezidenti Vladimir Putinin Bakı səfərində də belə bir cəhdin ola biləcəyi istisna edilmir. Bununla belə ekspertlər deyir ki, Azərbaycan son illər kibertəhlükəsizlik sahəsində ciddi önləmlər alıb. Rusiya da bu məsələdə xeyli qabaqcıl ölkəyə çevrilib.
Hazırkı təhlükəsizlik tədbirləri bu cür halların qarşısını almaq gücündədirmi?

Globalinfo.az-a danışan siyasi sərhçi Elçin Alıoğlu deyib ki, Azərbaycan ilə Rusiya arasında kibertəhlükəsizlik ilə bağlı dörd razılaşma var:

Elçin Alıoğlunun təhsil resepti - ”Tələbə diplom almaq üçün nəsə ixtira etməlidir, yoxsa..."
Elçin Alıoğlu

“İlk razılaşma 1998-ci ildə imzalanıb. Rusiya şirkətlərinin qlobal kibertəhlükəsizlik məkanında göstərdikləri fəaliyyət 2022-ci ilə qədər çox geniş və əhatəli idi. Lakin Ukraynada aparılan müharibədən sonra Rusiyaya tətbiq olunan və ümumi sayı 12 mindən artıq sanksiyalar bu sahəyə də təsir etdi. Daha dəqiq desək, kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən rus şirkətləri bu hal qarşısında ciddi problemlərlə üzləşdi. Bu baxımdan Azərbaycanla Rusiya arasında kibertəhlükəsizlikdə ilk növbədə Kreml maraqlıdır.

Məqsədimiz oturuşmuş sistemlər və yeni yaradılan şəbəkələr vasitəsilə regionda birgə əməkdaşlığa nail olmaqdır. Burada təkcə Rusiya ilə yox, İran, Gürcüstan, Türkiyə, Qazaxıstan, Özbəkistan və s. ölkələrin iştirakı vacibdir. İlk növbədə bizim Türkiyə və İsrail ilə kibertəhlükəsizlik anlaşmalarımızın önəmi nəzərə alınmalıdır.

Kibertəhlükəsizlik dedikdə təkcə virtual aləmdəki təhlükəsizlik nəzərdə tutulmur. Elektron-hökumət portalları, strateji dövlət qurumlarının fəaliyyətinin təminatının qorunması ciddi məsələdir.

Bu ilin sonuna qədər Rusiya ilə Azərbaycan arasında yeni bir anlaşma da imzalanacaq ki, bu da bilavasitə kibertəhlükəsizlik ilə bağlıdır. Yəni bu sahədə əməkdaşlıq bundan sonra da davam edəcək”.
Turan Rzayev
Globalinfo.azскачать dle 12.1