Bia.Az

Türkiyədə bələdiyyə sədri həbs olundu - SƏBƏB

Dünya
 15-04-2024, 01:08     372

Türkiyənin Antalya şəhərinin Kəpəz bələdiyyəsinin sədri Mesut Kocagöz funikulyor qəzası ilə əlaqədar həbs edilib.

“Report” xəbər verir ki, bu barədə “Cumhuriyet” qəzeti yazıb.

Antalyadakı funikulyor qəzası ilə əlaqədar keçirilən məhkəmədə Kəpəz bələdiyyəsinin sədri Mesut Kocagöz də daxil olmaqla beş nəfər həbs olunub, yeddi nəfər sərbəst buraxılıb.

Xatırladaq ki, martın 31-də 56 yaşlı Mesut Kocagöz Cümhuriyyət Xalq Partiyasından (CHP) Kəpəz bələdiyyəsinə sədr seçilib.





скачать dle 12.1