Bia.Az

Ermənistanın beynəlxalq məhkəməyə üzv olmasında məqsədi nədir? - AKTUAL

Dünya
 13-02-2024, 12:29     181

Xəbər verdiyimiz kimi, Ermənistan rəsmi olaraq 2024-cü il fevralın 1-dən Beynəlxalq Cinayət Məhkəməsinin tamhüquqlu üzvü olub. Bildirilib ki, Ermənistan bu məhkəmənin 124-cü üzvüdür. Məlumata görə, Roma Statutuna üzvlüklə bağlı sənədlər 2023-cü il oktyabrın 3-də Ermənistan parlamentində ratifikasiya olunub, 2023-cü ilin noyabr ayında Haaqaya göndərilib. İrəvanın Roma Statunu rəsmən qəbul etməsinin Rusiya ilə gərginliyi daha da artıracağı deyilir. Çünki indiki halda barəsində beynəlxalq məhkəmənin qərarı olan Rusiya Prezidenti V.Putin Ermənistana səfər edərsə, dərhal həbs olunmalıdır. Lakin Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin rəsmi üzvü olmasında başqa məqamlar da var. Məsələ ondadır ki, Ermənistan özü 30 illik işğal dövründə Azərbaycanla bağlı çoxsaylı müharibə cinayətlərinə, soyqırım və qətliamlara imza atıb. Əgər Ermənistan BCM-nin üzvü olmaqla üzərinə müəyyən öhdəliklər götürürsə, o zaman hüquqi məsuliyyətini də dərk etməli, ona uyğun addımlar atmalıdır. Azərbaycanlılara qarşı soyqırımlar törədən, torpaqlarımızı işğalda saxlayaraq, illərlə vandalizm hərəkətlərinə yol verən erməni cəlladları da hazırda Ermənistanda rahat və təhlükəsiz həyat sürürlər. Ekspertlərin fikrincə, Ermənistan Azərbaycan dövlətinə və xalqına qarşı törətdiyi çoxsaylı cinayətlərə görə beynəlxalq məhkəmələrdə cavab verməyə məcbur edilməlidir. Çünki Ermənistan cəzasızlıq şəraitində istədiyi qədər cinayətlərə yol verib, onun üçün yaradılmış xristian təəssübkeşliyindən gen-bol istifadə edib.
Millət vəkili Elman Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olan Qərb dövlətlərinin əksəriyyətinin yaxın keçmişi qanlı cinayətlərlə doludur. Deputat diqqətə çatdırıb ki, bu gün beynəlxalq məhkəmələr yaradan Qərb dövlətlərinin çoxu müstəmləkəçi, işğalçı dövlətlərdir:

"Afrikada, Amerikada, Asiyada soyqırımlar törədənlər "ədalət məhkəməsi" yaradıblar. Məqsəd öz cinayətlərini ört-basdır etmək, onu-bunu suçlamaq, qaralamaqdır. Ermənistan da o cür yol gedən dövlətlərdən biridir. Son 200 il ərzində türklərə, müsəlmanlara qarşı kütləvi qırğınlar, qətliamlar törətmiş Ermənistanı Beynəlxalq Cinayət Məhkəməsinə qəbul etdilər. Çox əvvələ getməyə də ehtiyac yoxdur. Elə son 30 ildə Azərbaycan ərazisində ermənilər tərəfindən nə qədər qətliamlar törədilib. Ermənilər sadəcə azərbaycanlılara deyil, bəşəriyyətə, insanlığa qarşı qanlı cinayətlərə, qırğınlara imza atıb. İşğal etdiyi torpaqları viran qoyublar, daş daş üstə qalmayıb. Əsir insanların başına min-bir oyun açaraq dəhşətli işgəncələrlə qətlə yetiriblər. İndi həmin erməni cəlladları azadlıqla gəzirlər. Belə bir ölkəni öz çətiri altına alan BCM-nin ədalətli və obyektiv olması mümkündürmü? Əlbəttə yox. Ermənistanın beynəlxalq məhkəməyə üzv olmasında müəyyən məqsədləri var. Azərbaycana qarşı törətdikləri cinayətləri ört-basdır etməkdir".
Parlament üzvü vurğulayıb ki, digər beynəlxalq təşkilatlarda olduğu kimi BCM-dəkiləri də şirnikləndirib Azərbaycana qarşı qərarlar qəbul etməyə yönəltməkdir: "Soyqırımlar, cinayətlər törətmiş işğalçı bir dövlətin xarici işlər naziri A.Mirzoyan deyir ki, "ermənilər soyqırımlara, bəşəriyyətə qarşı cinayətlərə qarşıdır". Bu qədər həyasızlıq olarmı?! Bu, "timsahın gözyaşları"dır, ya da "tülkü Həccə gedir" məsələdir. Ermənilər o qədər murdar, qəddar, vəhşi bir toplumdur ki, hər cür ikiüzlülüyə gedirlər. Hələ 2001-ci ildə Azərbaycan və Ermənistan Avropa Şurasına üzv olanda demişdim ki, AŞ Azərbaycan üçün təzyiq, Ermənistan üçün qalxan rolunu oynayacaq. Elə də oldu. Beynəlxalq Cinayət Məhkəməsi ondan betər yol tutacaq".
скачать dle 12.1