Bia.Az

Fransa Ermənistanda “çevriliş” edir: Paşinyan Parisin hədəfinə gəldi – ŞOK

Dünya
 10-02-2024, 13:04     163

Ermənistan konstitusiyasının dəyişdirilməsi bir müddətdir ki, geniş müzakirə edilir.

Erməni ictimaiyyətində bu ideyanı dəstəkləyənlər olduğu kimi, qarşı çıxanlar da var. Diqqətçəkən məqam isə konstitusiya dəyişikliyinə Fransanın da narahat olmasıdır.

Ermənistan konstitusiyasının dəyişdirilməsi rəsmi Parisi niyə narahat edir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kamran Sultanlı deyib ki, Ermənistan konstitusiyanın dəyişdirilməsi revanşist əhval-ruhiyyəyə və qüvvələrə ciddi zərbə endirə bilər:

“Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Ermənistanda revanşist qüvvələrə əsas dəstək verən tərəf Fransadır. Fransa Ermənistan məsələsində özünəməxsus strategiya izləyir. Görünən odur ki, fransızlar Ermənistanda Azərbaycan və Türkiyə ilə normallaşmağın əleyhinə olan “revanşistləri” öz himayəsi altına toplamağa çalışır.

Məlum səbəblərə görə, Moskvanın revanşist qüvvələrə dəstəyi səngiyib, Paris də bunu fürsət olaraq görür. Ən maraqlısı isə Fransa ilə Paşinyan arasındakı gərginlikdir. Biz son illərdə baxsaq Paşinyan Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan paketlərin qəbuluna maraqlı görünmürdü. Səbəb də o idi ki, Paşinyan beynəlxalq ictimaiyyətdə Ermənistanın revanşist qüvvələrinə ciddi dəstək yoxdur görüntüsünü yaratmağa çalışırdı. Yəni Paşinyan tərəfindən daşnaklar, diaspor, Qarabağ erməniləri və kilsəyə göstərildi ki, revanşizmin tələbləri beynəlxalq müstəvidə qəbul edilmir.

Belə bir anda, Fransa işin içinə daxil olur və revanşist gündəliyə beynəlxalq dəstək verməyə başlayırdı. Biz bunu Laçın yolunun açılması ilə bağlı Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edilməsi hallarında şahid olduq. Əlbəttə ki, Fransa bu layihənin veto ilə üzləşəcəyini bilirdi. Amma Fransanın məqsədi onsuz da bu deyildi.

Makron Paşinyana: 'İndiki situasiyada 2020-ci ilin payızını unutmaq olmaz...'
Paris revanşistlərə mesaj vermək istəyir ki, sizin beynəlxalq dəstəyiniz var. “Paşinyana və onun “təslimçi” siyasətinə boyun əyməyin, sona kimi dirənin, biz burdayıq” demək istəyirdi. Fransanın burada bir neçə məqsədi var idi.

Birinci əzilmiş, soyqırıma məruz qalmış xristian xalqı ritorikasını diri tutmaq, Ermənistanla Türkiyə arasında normallaşmanı önləmək, Ermənistandan keçən Türkiyənin Orta Asiyaya Azərbaycanın isə Avropaya gedən yolunu qapatmaq və ya nəzarətə götürmək.
Ermənistan və Gürcüstan arasında strateji tərəfdaşlığın artmasında da Parisin ciddi rolu var. Biz görürük ki, Gürcüstan da Qarabağ müharibəsindən sonra Ermənistan lehinə balansı pozmağa çalışır. Fransa həm də çalışır ki, İran Ermənistan və Gürcüstan arasında yeni dəhliz yaratsın. Rusiya bu dəhlizə maraqlı olmasa da, amma Parisin böyük ölçüdə Türkiyəni cilovlamasını məqbul hesab edir.

Əslində Qərb və orada olan lobbi üçün Ermənistanda türk düşmənçiliyi lobbinin sağ qalması üçün əsas hərəkətverici amildir. Buna görə də açıq şəkildə bunun dəyişdirilməsinə qarşı çıxırlar. Burada kilsə də fəaldır. Biz deyə bilərik ki, lobbi, kilsə Paşinyana qarşı birləşir. Şübhəsiz ki, seçki öncəsi Fransa rəhbərliyi də lobbinin mövqeyini nəzərə alır. Lakin burada Parisin özünün geosiyasi ambisiyalarının da real təsiri var”.скачать dle 12.1