Stoltenberq NATO-nu Rusiya ilə onilliklər ərzində qarşıdurmaya hazırlaşmağa çağırıb
Alyans Rusiya ilə onilliklər davam edə biləcək çoxillik qarşıdurma ehtimalına hazırlaşmalıdır.
Bizimyol.info xəbər verir ki, bunu "Welt am Sonntag" qəzetinə açıqlamasında NATO-nun baş katibi Yens Stoltenberq deyib."NATO Rusiya ilə müharibə istəmir. Lakin biz onilliklər davam edə biləcək qarşıdurmaya hazırlaşmalıyıq", deyə Stoltenberq
vurğulayıb. Bu səbəbdən NATO-nun baş katibi Avropa müdafiə şirkətləri üçün sifarişlərin artırılmasını və sürətləndirilməsinin vacib olduğunu bildirib. O hesab edir ki, bazar iqtisadiyyatı şəraitində silah istehsalçıları istehsalı artıra bilməsi üçün imzalanmış müqavilələrə ehtiyac duyurlar.
Eyni zamanda, Stoltenberq iddia edib ki, Rusiya Ukraynadakı münaqişədən qalib çıxsa, Rusiya təcavüzünün başqa ölkələrə yayılmayacağına zəmanət yoxdur. Alyansın baş katibi qeyd edib ki, hazırda ən yaxşı müdafiə Ukraynaya dəstək və NATO-nun hərbi potensialına investisiya qoymaqdır.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolz Amerikanın “The Wall Street Journal” qəzetinə yazdığı məqalədə ABŞ və Avropa İttifaqının Şimali Atlantika Alyansını Ukrayna münaqişəsinə cəlb etmək cəhdlərinə müqavimət göstərəcəyini bildirmişdi. Eyni zamanda, o, qeyd edib ki, alyans ölkələri “kollektiv müdafiə və təhlükəsizliyin effektivliyini” təmin etməlidir. Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto fevralın 7-də bildirib ki, hazırda Avropanın qarşısında duran ən mühüm vəzifə NATO ilə Rusiya arasında Ukraynaya görə hərbi münaqişənin qarşısını almaqdır. Onun sözlərinə görə, əgər bunu etmək mümkün olmasa, bu, “üçüncü dünya müharibəsinin başlaması demək olacaq”.
“Rusiyanın başlada biləcəyi Dünya Müharibəsinin təhdidi heç vaxt indiki qədər ciddi olmayıb”, - deyə o qeyd edib.