Bia.Az

Ukrayna Litvadan hərbi yardım paketi alıb

Dünya
 9-02-2024, 18:38     193

Ukrayna Litvadan hərbi yardım paketi alıb.

AzVision.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Rüstəm Umerov "X" hesabında paylaşım edib.

"Ukrayna Litvadan qış ləvazimatları və on minlərlə isti geyim dəstlərindən ibarət daha bir mühüm hərbi paket aldı", - ukraynalı nazir paylaşımında bildirib.

O, litvalı həmkarına və Litva xalqına Ukraynanın mübarizəsində verdiyi dəstəyə görə təşəkkür edib: "Biz Rusiya təcavüzünə qarşı mübarizəmizdə həmrəyik".скачать dle 12.1