Bia.Az

Rusiya Ermənistandan çıxsa, fəlakət yaşanacaq – General

Dünya
 9-02-2024, 18:32     154

“Ermənistan hazırda öz tarixinin ən biabırçı mərhələlərindən birini yaşayır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə naziri, “Ümumerməni cəbhəsi” hərəkatının lideri general Arşak Karapetyan deyib.
O, Rusiyasız Ermənistanı böyük xaosun gözlədiyini bildirib:

“Hakimiyyət Rusiya ilə çoxəsrlik dostluq və əməkdaşlıq münasibətlərini ustalıqla məhv edir. Sabah Rusiya Ermənistandan, regiondan çıxarsa, ölkəni xaos bürüyəcək. Hətta problemin həlli üçün ABŞ və Avropa ölkələrinə müraciət etmək istəyəndə əlaqə yarada bilməyəcəklər. Tək çıxış yolu indiki hökumətin istefa verməsidir”.скачать dle 12.1