Bia.Az

İsrail və HƏMAS-a sülh TƏHRİKİ: 10 ölkənin rəsmisi hərəkətə keçdi

Dünya
 28-01-2024, 00:57     250

İsrail və HƏMAS arasında sülhün əldə olunması bir çox dövlətlərin maraq dairəsindədir.
 
Globalinfo.az xəbər verir ki, bu barədə “New York Times” məlumat dərc edib.

Nəşrin məlumatına görə, hazırda ən azı 10 ölkənin rəsmisi İsrail və HƏMAS-ı sülh razılaşmasına sövq edir. Əsas danışıqlar Qəzza zolağında atəşkəsin əldə olunmasına yönəlib.

Qəzet yazır ki, HƏMAS-ın saxladığı 100-dən çox girovun İsrail həbsxanalarında olan minlərlə fələstinli ilə dəyişdirilməsi də gündəmin müzakirə mövzusudur.

Rəsmilər anklavın gələcəyini və münaqişə bitdikdən sonra ərazinin idarə olunması məsələsini də müzakirə edirlər. ABŞ isə Səudiyyə Ərəbistanı ilə rəsmi əlaqələr qurmaq müqabilində İsraili Fələstin dövlətinin yaradılmasına razılıq verməyə razı salmağa çalışır.

Xatırladaq ki, Qətər əmirliyinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari ölkəsinin Qəzza zolağında böhranın həlli üçün vasitəçilik səylərini davam etdirdiyini bildirib.скачать dle 12.1