Bia.Az

Şoltzdan XƏBƏRDARLIQ: Almaniya kansleri nədən narahatdır?

Dünya
 28-01-2024, 00:55     250

Almaniya kansleri ölkədə ifrat sağçı ekstremizmin güclənməsindən narahatdır.

Globalinfo.az xəbər verir ki, bu barədə “BBC” kansler Olaf Şoltzun Holokostla bağlı keçirilən anım günündə etdiyi çıxışdan sitat gətirib.
Şoltz neonasistlər və onların gizli şəbəkələri barədə xəbərdarlıq edib və insanları irqçilik və antisemitizmlə mübarizəyə çağırıb.

Bu çağırışdan sonra minlərlə insan Düsseldorf şəhərində ifrat sağçılara qarşıetiraz aksiyası keçirib. Qeyd edək ki, Almaniyada “Almaniya üçün Alternativ” partiyasına qarşı kütləvi etirazlar hələ də davam edir.

Ölkə daxilində aksiyaların səbəbi adıçəkilən partiyanın ətrafında yaranan qalmaqaldır. Belə ki, partiya üzvləri Almaniyadan qaçqın və əcnəbilərin çıxarılması planlarını neonasistlər və sağçı radikallarla gizli müzakirə ediblər.скачать dle 12.1