Bia.Az

Xərçəngindən əməliyyat olunan ABŞ-ın müdafiə naziri vəzifəsinə qayıdır

Dünya
 28-01-2024, 00:53     324

ABŞ-ın müdafiə naziri Lloyd Ostin bir aydan çox müddətdən sonra Müdafiə Nazirliyinə qayıdır.


Bizimyol.info xəbər verir ki, dekabr ayında prostat xərçəngi əməliyyatı keçirən Ostinin Valter Rid Milli Hərbi Tibb Mərkəzindəki həkimləri dünən bildiriblər ki, nazirin sağalma prosesi yaxşı gedir.

“Nazir Ostinin prostat xərçəngi erkən və effektiv şəkildə müalicə olundu”, - deyə Tibb Mərkəzindən verilən məlumatda bildirilir.

Həmçinin ABŞ Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, Ostin bazar ertəsi öz vəzifəsinə qayıdacaq.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Ostin ötən il dekabrın 22-də prostat xərçənginin müalicəsi üçün əməliyyat olunub. Yanvarın 1-də Pentaqon rəhbəri müxtəlif ağırlaşmalar, o cümlədən "kəskin qarın, bud və ayaq ağrıları və ürəkbulanma" səbəbindən yenidən xəstəxanaya yerləşdirilib və onun sidik yollarının infeksiyası olduğu müəyyən edilib. İki həftə xəstəxanada qalan Ostin müalicədən sonra yanvarın 15-də evə buraxılıb.скачать dle 12.1