Bia.Az

"Yaxşı olar ki, imkanı olan heyvanı kəsərək paylasın"

Cəmiyyət
 10-07-2022, 00:39     339

Bu gün Qurban bayramıdır. Qurban bayramının tarixi ilə bağlı müxtəlif məlumatlar var. Bəzi məlumatlara görə, Qurban bayramı Adəm peyğəmbərin dövründən, bəzi məlumatlara görə, İbrahim dövründən bu günə qədər gəlib çıxıb.

Uzun illərdən bəri qeyd edilən Qurban bayramı xüsusən kasıbların, yoxsul təbəqənin bayramıdır. Bu gün imkanı olan şəxslər qurban kəsir. Qurban kəsən şəxslər qurbanlıq əti yaxınlarına, qonşularına, imkanı olmayan insanlara paylayırlar.
İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə doktoru İbrahim Quliyev Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, Qurban ayini özünə bəşər mədəniyyətində yer etmiş ən qədim dini ayinlərdən biridir.
İbrahim Quliyev İbrahim Quliyev“Qurbanlığın kəsilməsinin ən mühüm səbəblərindən biri insanların Allaha yaxınlaşmasıdır. Qurani Kərimdə buyurulur ki, “kəsdiyiniz qurbanların nə əti, nə qanı Allaha yetişməz. Allaha yetişən yalnız sizin imanınız və səmimiyyətinizdir” - deyə ilahiyyatçı bildirib. Onun sözlərinə görə, qurban kəsərkən bir neçə tövsiyyəyə əməl etmək lazımdır:
  • Qurban, sırf Allaha yaxınlaşmaq niyyəti ilə kəsilməlidir.
  • Qurban kəsərən şəriətin müəyyən etdiyi heyvanlardan kəsmək lazımdır. Şəriətin müəyyən etdiyi heyvanlar, dəvə, inək və qoyun cinsindən olan heyvanlardır. Keçi də qoyun cinsindən olan heyvan kimi qurban kəsilə bilər.
  • Quş növündən olan heyvanların və yaxud vəhşi növdən olan heyvanların, məsələn ceyranın qurban kəsilməsinə icazə verilmir.
İlahiyyatçı bildirir ki, qurban kəsmək Həcc ziyarətində olan hər kəs üçün vacibdir. Yəni Həccə getmiş hər bir adam qurban kəsməlidir. Digər şəxslər üçün isə İsmayıl qurbanını kəsmək səvabdır.
“Hər bir kəs yaxşı olar ki, ildə bir dəfə olan bu ayinə qoşulsun və imkanı olan heyvanı kəsərək paylasın” - deyə ilahiyyatçı əlavə edib.
İbrahim Quliyev bildirir ki, qurban əti qurban kəsənin yaxınında olan, qohumlara, qonşulara və ehtiyacı olan şəxslərə verilməlidir. Yoxsul təbəqədən olan insanlara, aylarla evinə ət ala bilməyən insanlara verilməlidir.
İbrahim Quliyev qeyd edir ki, bəzən insanlar Qurban bayramını qeyd etmək üçün xüsusi içki məclisləri keçirirlər.
“Bildiyiniz kimi Quran-i Kərimdə sərxoşedici içkilərin qəbul edilməsi qəti şəkildə qadağan edilmişdir. Qurban bayramında kəsilmiş qurbanın ətini içki ilə qəbul etmək qəti qadağandır. Qurban bayramı dini bayram olduğu üçün onun keçirilməsi zamanı dini qayda qanunlara əməl etmək lazımdır” - deyə ilahiyyatçı vurğulayıb.
İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə doktoru İbrahim Quliyevin Bizimyol.info xəbər portalına verdiyi müsahibənin videosunu aşağıdakı ekranda izləyə bilərsiniz:

скачать dle 12.1