Bia.Az

Həmişə el-obanın ehtiyacı olan BÖYÜK ZİYALI...

Cəmiyyət
 6-01-2022, 12:46     813

Xeyirxah insan və görkəmli ziyalı

Xalqımızın ən gözəl xüsusiyyətlərindən olan insana yaxşılıq etmək, qayğı göstərmək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin əqidə manifestidir

Həyat ucu-bucağı görünməyən, sirli-sehrli, şəfalı-cəfalı, acılı-şirinli, möhtəşəm və ecazkar bir məkandır. Ömür isə bu məkanda alovlana-alovlana alışıb, yana-yana, əriyə-əriyə sönüb qürub edən bir zamandır. Bu zaman axın-axın illərdir. Bu axının içərisində insan ömrü, insan həyatı da var. Beləcə ulu Tanrının yaratdığı insan öz yaratdıqları ilə əbədi yaşayır. Bu isə insanı tarixə çevirir, zamanın ovcunda əzilən deyil, qalib gələn ziyaya döndərir. Belə ziyalılardan biri də tanınmış alim, dəyərli insan, ləyaqətli və cəfakeş vətəndaş, bacarıqlı və təşəbbüskar rəhbər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevdir.

Ömürnaməsindən:

1955-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qıvraq kəndində anadan olmuşdur.
1972-ci ildə orta məktəbi bitirmişdir. Həmin ildə D. Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1979-cu ildə mühasibat uçotu ixtisası üzrə həmin institutu bitirmişdir.
1974-cü ildən 1976-cı ilə kimi ordu sıralarında xidmətdə olmuşdur.

1973-cü ildə Sənaye Tikintisi Nazirliyinin 4 saylı dəmir-beton məmulatları zavodunda 2-ci dərəcəli qəlibçi vəzifəsində işləmişdir.
1976-cı ildən Əli Bayramov adına Bakı İstehsalat Tikiş Birliyinə fəhlə kimi işə başlamış,
1977-ci ildə əmtəəşünas vəzifəsinə,
1978-ci ildən qiymətqoyma üzrə mühəndis-iqtisadçı vəzifəsinə keçirilmişdir. Həmin ildə baş mühasibin müavini, səlahiyyətli böyük mühasib vəzifəsində işləmişdir.
1980-ci ildən 1993-cü ilə qədər Avtonəqliyyat və Şosse Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində çalışmışdır. Həmin komitədə müfəttiş-təlimatçı, maliyyə şöbəsinin müdiri,
1991-ci ildən 2010-cu ilə kimi isə həmin komitənin sədri vəzifəsində çalışmışdır.
1993-cü ilin 6 fevral tarixindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilmiş və bu günə kimi bu vəzifədə çalışır.
2010-cu ildən isə Təhsil İşçiləri Azad HİRK-nin sədridir.

1998-ci ildə iqtisad elmləri namizədi, Azərbaycan Respublikasını Prezidenti yanında Ali Attestasiya Komissiyasının 22 aprel 2005-ci il tarixli (prtk № 7-R) qərarı ilə İqtisad Elmləri Doktoru alimlik dərəcəsi almışdır.
Azərbaycan Respublikasını Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2 aprel 2010-cu il tarixli (prtk № 7-R) qərarı ilə Ümumi İqtisadiyyat Kafedrası üzrə Professor elmi adına layiq görülmüşdür.
2013-cü ildən Türk dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, eləcə də Rusiya Sosial Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
2018-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin yaranmasının 100 illiyi münasibəti ilə "Parlament" medalına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 27.05.2019-cu il 1205 nömrəli Sərəncamına əsasən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalı" ilə təltif olunub.
2019-cu ildə Türk dünyasında mədəniyyətə, təhsilə, sənətə və ədəbiyyata göstərdiyi dəstəyə görə və Mahmud Kaşqarinin 1000 illiyi ilə əlaqədar Mahmud Kaşqari adına Beynəlxalq Fondunun mükafatı və medalı ilə təltif olunmuşdur.
2019-cu ildə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Mükafat Komitəsinin (Cenevrə, İsveçrə) qərarı ilə görkəmli mütəfəkkir Qotfrid Vilhelm Leyblis medalı ilə təltif olunmuş və «Elm və Sülh Səfiri» Beynəlxalq Fəxri adına layiq görülmüşdür.
2020-ci il tarixdə Dünya iqtisadiyyatı və mədəniyyəti sahəsində xidmətlərinə görə «Avropa Lideri Ulduzu» ordeni və «İlin ictimai xadimi» Beynəlxalq Fəxri adı ilə təltif olunub.
Elmi məqalələr və bir sıra dərsliklərin - «Azərbaycan bu gün: Məşğulluq və sosial tərəfdaşlıq problemləri», «Keçid dövründə dirək bazarı və məşğulluq siyasəti», «Dirək bazarı, məşğulluq və işsizliyin elmi – nəzəri əsasları», «Beynəlxalq Dirək Təşkilatı: tarixi, strukturu və Azərbaycanla əlaqələri», «Dirək bazarı və əhalinin sosial müdafiəsi» və digər kitablarının müəllifidir.
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edir.

2000-ci ildən (II-III-IV-V və VI çağırışlar) Milli Məclisin deputatıdır. Respublikada aparılan islahatlarla bağlı yaradılmış bir sıra dövlət komissiyalarının, eləcə də 2020-ci ilə qədər Azərbaycan Respublikasının Prezidenti Yanında Əfv Məsələlələri Komissiyasının üzvü olub.
Polşa-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Fransa, Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan Respublikası Milli Məslisinin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin və İntizam Komissiyasının üzvüdür. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidentidir.
Azərbaycan Respublikası «Şöhrət» ordeni, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu, Ümum Həmkarlar İttifaqları Konfederasiyasının gümüş və qızıl  medalları, Rusiya Federasiyasının Rabitə İşçilərinin Ümumrusiya Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin Rəyasət Heyətinin qızıl ordeni ilə təltif edilmişdir.
Neftqaztikinti həmkarlar ittifaqları Beynəlxalq Federasiyasının diplomu və mükafatı ilə təltif olunmuşdur.
Ailəlidir, 3 övladı var.


Səttar müəllim haqqında saatlarla, günlərlə danışmaq, haqqında yazmaq olar. Əziz oxucum, bu yazını sadə bir jurnalistin rəhbər işçiyə iltifatı, mədhiyyəsi, təmənnalı münasibəti kimi yox, müşahidələrinin nəticəsi olan səmimi bir yazı kimi qəbul etməyinizi rica edirəm. O, zəngin təfəkkürünün məntiqiliyi, natiqliyi, əməldə fəzilətçilik və xeyirxahlığı, fəaliyyətdə mübarizliyi və tükənməz səbri sayəsində insanlıq zirvəsini fəth edib. Bu zirvə yalnız müdriklik səlahiyyəti verilən insanlara nəsib ola bilər. O, bir çoxunun dərdinə dərman, ürəyinə təpər, işinə yarayan, insanın düşüncəsinin aydınlığını, şəffaflığını, saflığını sevən ziyalımızdır. Belə adamlarla ünsiyyətdə onun münasibətini üzünün zəif, təlatümsüz təbəssümündən sezmək olur. O, heç kəsə ağır söz deməz, yaraya köz basmaz. Səttar müəllim yaxşı bilir ki, tikanlı söz qəlbi qırır, sındırır, insanın ruhi aləmini zədələyir.

Söhbət millət vəkili Səttar Möhbalıyevdən gedir. O Səttar Möhbalıyevdən ki, sözünün qədir-qiymətini bilir. O Səttar Möhbalıyevdən ki, sözü zərgər dəqiqliyi ilə seçir və onu hədəfə vurur. O Səttar Möhbalıyevdən ki, sözünün ağasıdır. O Səttar Möhbalıyevdən ki, sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçdikcə, zaman dəyişdikcə, hamı zamana uyğun hərəkət etməyə çalışır. O isə dəyişməzdir. Ona görə də Səttar müəllim daim qərarlı, sakit, iradəli, səriştəli və seçmək qabiliyyətinə malik, seçdiyini sevən, ona vurulan, ona tapınan bir insandır.

Yaxşılıq Səttar Möhbalıyevin əqidə manifestidir

O, hadisələri saf-çürük etməyi, onun səbəblərini aşkara çıxarmağı, çevik hərəkətlə ona cavab verməyi bacaran ziyalıdır. Bu çeviklik ona cəsarət, güc, şərəf verir. Həqiqətən Səttar müəllim sadə, təbii bir insandır. Onun haqqında yazmaq, danışmaq çətindən də çətindir. Cünki onun haqqında deməyə söz həddən artıq çoxdur. Onun şəxsiyyəti haqqında o qədər faktlar var ki, insan bilmir hansını desin, hansını yazsın. O, xeyirxahlığı, prinsipiallığı və mərhəmətliliyi özündə təcəssüm etdirən nurlu bir simadır. Onun zəkası, istedadı, həyat tərzi, dünyaya və özünə münasibəti, sözün həqiqi mənasında, ilahilərə məxsusluğu təzahür etdirir.

Burada bir haşiyə çıxmaq istəyirəm. Dahi şairimiz Nizami Gəncəvinin “Xeyir və Şər” mənzum hekayəsindəki ibrətamiz faktlar diqqəti daha çox cəlb edir. Onun “Yeddi gözəl” poemasında Cin şahzadəsinin söylədiyi bu hekayətdə xeyirlə şərin mübarizəsi əks etdirilir. Əsərdə Xeyir, kürd və kürdün qızı xeyirxah qüvvələr, xeyirxahlığı təmsil edən surətlərdir. Şər isə burada pisliyi, mənfiliyi əks etdirir.

Susuz səhrada Xeyir bir içim su üçün Şərə yalvarır, ona qiymətli ləl təklif edir. Lakin Şər öz adı kimi iş görərək nəinki Xeyirə su vermir, əksinə, gözlərini də çıxararaq onu tək-tənha qoyub gedir. Xeyiri bir kürd qızı xilas edir. Gözlərini isə qızın atası sağaldır. Xeyir bunların yanında qalaraq bir ailə kimi yaşayır. Kürd ona öz doğma övladı kimi münasibət göstərir, qızını da Xeyirə verərək bütün var-dövlətini onun sərəncamına verir. Xeyir, kürd və kürd qızı arasında olan münasibətlər təmənnasız olub, əsl xeyirxahlıq nümunələridir. Onların hər birinin xeyirxahlığı cavabsız qalmayıb, digəri tərəfindən yüksək qiymətləndirilir.

Xeyirin yaxşı işləri bununla bitmir. O, öz ölkəsinə qayıdarkən adına uyğun hərəkət edərək xəstə şah qızını sağaldır, heç bir təmənna güdmür. Ona var-dövlət təklif edən şaha Xeyir belə söyləyir:

Heç şeydə yox gözüm qoca dünyada,
Mənim verəcəyim dərman-dava da
Allah rizasına veriləcəkdir.


Mənfur Şərin isə əsərdə aqibəti öz xasiyyətinə uyğun olur, onun xəyanət üzərində qurulan səadəti heçə dönür, puç olur.

Hekayə şərin, zülmün uzun sürməyəcəyinə, xəyanətkar adamın gec-tez cəzaya çatacağına oxucunu inandırır. İnsan səadətinə yüksək qiymət verən şair xoşbəxtliyin qədrini bilməyi, insanlara bir-birinə arxa, dayaq olmağı, həyatı gözəlliklər və dünya nemətlərindən birlikdə faydalanmağı tövsiyə edir.

Hekayədə bir daha təsdiq olunur ki, xeyirxahlıq, yaxşılıq, düzlük, ədalət zərbələrə məruz qala bilər, əzilə bilər, lakin heç vaxt məhv edilə bilməz. Vicdanı pak, nəfsi təmiz olan insanlar heç vaxt xeyiri məhv etməyə qoymazlar. Bəşəriyyət həmişə insanlığa bəla kəsilmiş şərə qarşı mübarizə aparmalı, xeyirxahlığı, ədaləti yaşatmalı, şəri, zülmü məhv etməlidir.

Həmişə bu məsəli çəkəndə istər-istəməz Səttar müəllimin həyatda etdiyi saysız-hesabsız yaxşılığı yada düşür. Xalqımızın ən gözəl xüsusiyyətlərindən olan insana yaxşılıq etmək, qayğı göstərmək Səttar müəllimin əqidə manifestidir. Onun yaxşılıq etdiyi insanların sayını müəyyənləşdirmək çox çətindir. O, insanlara qayğı göstərir, onların işinə yarayır. Bu, onun həyatını mənalandırır, dəyərini, qiymətini yüksəldir. Səttar müəllim, sözün həqiqi mənasında, bir çox insan üçün ümid və inam yeridir.

Səttar Möhbalıyevin fəaliyyətinin ali məqamı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev kimi insanlar elədikləri yaxşılıqlarda, başlarını sığalladıqları yetimlərin dualarında, qollarından tutub qaldırdıqları kimsəsizlərin ruhlarında yaşayıblar. Yaşayırlar… Səttar müəllim də bax beləcə ömür sürmüş ziyalıdır. Milli Məclisin Aqrar siyasət komitəsinin, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü olmasına baxmayaraq o, hədisz dərəcədə alicənab, təvazökar, müdrik insandır, özünü həyatda həddən artıq sadə aparır.

Tarixdə nə baş verirsə, onu insan edir. İnsanın yaratdığı böyük dəyərlərə qiymət verərkən biz tarixdən kənara çıxırıq. K.Yaspers yazırdı: “Biz insanı özünün yaratdığı nəhəng əməllərdə görərkən tarixin sərhədini keçirik; bu əməllərlə insan varlığı tapıb başa düşür və onu başqaları üçün də əlçatan edir”. AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin həyati, fəaliyyətinin özəyini məhz bu ali məqam əhatə edir.

Səttdar müəllim bütün zamanlarda öz ləyaqətini, izzəti-nəfsini qoruyub saxlaya bilib. Görkəmli Azərbaycan alimi Nəsrəddin Tusinin belə bir fikrini yada salmaq çox vacibdir: “Başqasına etdiyin yaxşılığı unuda bilərsən, ancaq sənə edilən yaxşılığı unutmamalısan”. Bu fikir həmişə mənim qəlbimdə yaşayır. Ona görə də Səttdar müəllimin etdiyi yaxşılıqları, qayğıkeş əməlləri, xeyirxah və inamlı işləri onu insanların qəlbində daim ucaldır, zirvələrə qaldırır. Onun insanlara həmişə səmimi, xeyirxah və qayğıkeş olması bizim üçün əbədi bir örnəkdir.

Təkrarsız Səttdar müəllim...

Səttdar müəllim həddən artıq tələbkardır. O, biganəliyi xoşlamır. Elinin-obasının qədrini biləndir, xalqa xidməti həyatının məna və məqsədi hesab edir. Səttdar müəllim saf əqidəsi və məsləki olan ziyalıdır. Onun əqidəsi həmişə humanizmə, həqiqətə, ədalətə söykənib. O öz müdrikliyi, zəkası, dünyanı dərketmə qabiliyyəti ilə başqalarından fərqlənən vətəndaş-ziyalıdır.

Antik dövr filosofu Epikürün şagirdlərindən onları müəllimə bağlayan nədir, – sualına şagirdləri belə cavab veriblər: “Bizi Epikürə bağlayan onun həmişə özü-özünə bərabər olmasıdır”. Bu epitet tamamilə Səttdar müəllimə aiddir: o həmişə özü-özünə bərabərdir, təkrarsızdır – həmişə Səttdar müəllimdir! Səttdar müəllim həmçinin insanlığı, şəxsiyyəti, səmimiyyəti uca tutub qiymətləndirən, onu qorumağı bacaran nadir şəxsiyyətdir. O, adamlar arasında özünün xoş olduğu ən ülvü keyfiyyətləri ilə seçilən-sayılan nüfuz sahibidir. Təbiətən sakit, mülayim, həddən artıq nəvazişli və qayğıkeşdir.

Sokratdan soruşardılar: “İnsanda ən çox nəyi qiymətləndirirsən?” Filosof tərəddüd etmədən “İnsaniyyəti, insana layiq keyfiyyətləri”- deyə cavab verərdi. Hər bir insan üçün insaniyyətə tam sahib olmaq ən böyük şərəfdir. Məhz Səttdar müəllimlə təmasda olarkən həmişə onun söz-söhbətlərindən, davranışından, özünə münasibətdə belə bir ilahi fikir nur kimi ətrafa yayılır: “İnsanlar, insan olun, bu Sizin birinci vəzifənizdir!”. Müdrik el ağsaqqalının nəsillərə anlatmaq istədiyi saf əqidə və məslək məhz budur!

Səttdar Möhbalıyev Milli Məclisə rahat həyat sürmək üçün gəlməyib. Həm də var-dövlət toplamaq üçün yox. Cünki Səttdar müəllimin həm maddi, həm də mənəvi xəzinəsi bir çox məmurdan üstündür. O, bir ağsaqqal olaraq, bir elin, obanın qəbul etdiyi lider olaraq bir bölgənin MİLLƏT VƏKİLİ adını daşıyır. Böyük Cavidin bu misrasını təkrarlamaq yerinə düşər:

“Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur, yer üzünü–¦”

Müdrikliklə əməksevər mühitin yaradıcısı

Səttdar müəllim el-obanın ehtiyacı olan ziyalısıdır. O, məhz bu ehtiyacı duyub Milli Məclisə gəldi və camaatı o istirablardan qurtarmağa, boyunduruqlardan xilas etməyə çalışdı. O, sözdə, əməldə, davranışda, düşüncədə, fikirlərdə əsl ziyalılıgını nümayiş etdirdi. O, ziyallılıg zirvəsində uca, əzəmətli, qədd-qamətlidir! Və bu qamət, bu vüqar, bu əzəmət ona həmişə yaraşıb.
p.s
Bəli, o, həmişə hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Səttar Möhbalıyevin əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir. Bu şəxs haqqında belə bir ictimai fikirin formalaşmasına baxmayaraq, bəzən bəzi media qurumlarında əsası olmayan, heç bir məntiqə və fakta əsaslanmayan sərsəm açıqlamalar dərc olunur. Sözsüz ki, bu cür əhəmiyyətsiz açıqlamaların dərcində hansısa maraqlı qüvvələr müəyyən rol oynayırlar. Məsələnin düşündürücü tərəfi odur ki,  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanlarının əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Yalnız “ağalarından” almış olduqları sifarişləri yerinə yetirməklə, bir növ işlərini bitmiş hesab edirlər. Belə bir addımların atılması onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa peşəkarlıq qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlar atardılar.

Bəli, Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır. Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdim edirlər. AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin haqqında şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalıi olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Səttar Möhbalıyev ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifələrə təsadüfi secilməyib.. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

BİA.AZ
скачать dle 12.1