Bia.Az

ƏLİ ƏLİYEVDƏN SAXLANILMASI HAQDA AÇIQLAMA - "Ölkə miqyasında aparılan bir cinayət işi var" + FOTO (Yeniləndi)

Cəmiyyət
 7-11-2021, 01:25     227

Xəbər verdiyimiz kimi, Vətəndaş İnkişaf Partiyasinın (VİP) sədri Əli Əliyev və Bumeranq TV-nin rəhbəri Elçin Rəhimzadə sərbəst buraxılıb.

Musavat.com xəbər verir ki, sərbəst buraxılandan sonra VİP-in qərargahına gələn Ə.Əliyev orada canlı yayın həyata keçirən internet televiziyaları vasitəsilə baş verənlər barədə məlumat verib, brifinq keçirib.

Ə.Əliyev öncə bildirib ki, E.Rəhimzadə bu sabah evdən çıxanda bir insident müşahidə etdiyi üçün bu barədə ona zəng edərək məlumat verib. Onlar daha sonra bununla bağlı məsləhətləşmək üçün qərargaha gəlmək barədə razılaşıblar: “Biz qərargaha günorta saat 12-də daxil olduq. Özlərini DTX əməkdaşları kimi təqdim edən şəxslər gəlmişdilər. Mən onlarla bir yerdə getdim. Burda baş verənlərdən xəbərim olmadı. 1-in yarısından orda idim. Ölkə miqyasında aparılan bir cinayət işi var. Onun təfərrüatları ilə bağlı sorğu-sual idi. Nə iş olması ilə bağlı deyə bilmərəm. Yəqin ki, ictimailəşəcək. Bumeranq TV-də yayımlanan bir neçə videogörüntü haqqında getdi söhbət. Araşdırma başladılıb. Onun detalları soruşulub. Mən şahid qismində dindirilmişəm. Elçin bəy də burda fəaliyyət göstərir. Mən də nəyi bildiyimi açıq şəkildə dedim”.

Ə.Əliyev bildirib ki, onu qara maskalıları aparmayıb. Mülki geyimli şəxslər onu istintaqa dəvət edib və həm yolda, həm də DTX binasında da ona sayğılı münasibət göstərilib: “Özləri də deyiblər ki, sizi ziyalı kimi qəbul edirik. Dəvət olunmağımın səbəbi kimi aparılan cinayət işinin təfərrüatını öyrənmək olduğunu dedilər. Heç bir zorakılıq olmayıb. Hətta yolda mənə dərman lazım olub-olmamasını soruşdular, mədəni davrandılar. Orda olanda da yarım litrlik su alıblar. Dövlət orqanıdır, cinayət işi var. Cinayət işinin təfərrüatları ilə bağlı istintaq aparılır, bizi də dəvət ediblər”.
Elçin Rəhimzadə də açıqlamasında bildirib ki, ona sözügedən videolarla bağlı suallar verilib: “Məndən soruşuldu ki, o videoların mənbəyi hardandır. Hansı videoların olması ilə bağlı indi sizə hansısa açıqlama verə bilmərəm. Amma onu deyim ki, miqyaslı işdir. Orda bizdən xahiş olundu ki, bir müddətlik bu barədə danışmayın. Sonra bu barədə məlumat verərsiz... Əli bəylə bizi ayrı-ayrı aparıblar. Məni 4 saat burda saxladılar, axtarış etdilər. Evimdə də axtarış aparıldı. Heç bir zorakılıq olmadı mənə qarşı. Sadəcə izah edildi ki, sizi şahid qismində çağırmışıq ki, bu heyətlə nə əlaqəniz var”.
Ə.Əliyev brifinq zamanı jurnalistlərin “siyasi fəaliyyətinizlə bağlı sizə hansısa eyham oldumu?” sualını da cavablandırıb: “Siyasi fəaliyətimlə bağlı hər hansı eyham olmadı. Amma ola bilsin ki, nəsə ola bilər. Mən şahidəm, cinayət işi var. Konkret sual verib, cavab alıblar. Gələcəkdə görəcəyik ki, bu, gerçəkdən cinayət işi ilə bağlıdır, ya konkret mənim siyasi fəaliyyətimlə bağlıdır. Mən bundan əvvəl də prokurorluğa çağırılmışdım. Görünür, hökumət məni dişinə vurur (gülür). Narahat olmayın, siyasətçi həbsə də düşəcək, təzyiqə də məruz qalacaq. Biz ölkəni rifahlı etmək üçün çalışırıq. Dövlət orqanlarında işləyənlər də normal, kifayət qədər məlumatlı insanlardır”. 
 

***
Bir neçə saatdır istintaq altında olan VİP sədri Əli Əliyev sərbəst buraxılıb.
"AzPolitika" xəbər verir ki, partiya sədri saxlanılmasının səbəbləri haqda hələlik hər hansı açıqlama verməyib.
***
Vətəndaş İnkişaf Partiyasinın (VİP) sədri Əli Əliyev təxminən 1 saat əvvəl Bakıda saxlanılıb. 
Bu barədə sosial şəbəkələrdə məlumat verilib. "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı özünün Facebookdakı səhifəsində Əli Əliyevlə yanaşı "Bumeranq" internet televiziyasının baş redaktoru Elçin Rəhimzadənin də saxlandığını bildirib. Ə.Zeynallı VİP-in qərargahında axtarış aparıldığını da xəbər verib. 
Musavat.com Əli Əliyevin hansı hüquq mühafizə orqanı tərəfindən saxlandığını müəyyən edə və yetkililərlə danışa bilib. İstintaq orqanından sayta bildirilib ki, hazırda VİP sədri və "Bumeranq" TV -nin rəhbəri bir məsələ ilə bağlı ifadə verirlər, yaxın saatlarda sərbəst buraxılacaqlar.
O da bildirilib ki, adları çəkilən şəxsləri sadəcə, ifadə üçün dəvət ediblər. Prosesdə heç bir qara maskalı olmayıb, heç bir yerdə axtarış aparılmayıb, heç bir yer dağıdılmayıb.
Əlavə məlumat veriləcək.скачать dle 12.1