Bia.Az

Professor Vüqar Əhməd “Turan” Elmlər Akademiyasının akademiki seçilib

Cəmiyyət
 7-11-2021, 00:24     495

BİA.AZ xəbər verir ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Nyu-York Elmlər Akademiyasının üzvü, professor Vüqar Əhməd Özbəkistan Respublikası Mahpirat adına Orta Asiya Xalqları Tarixi İnstitutu, “Turan” Elmlər Akademiyasının Rəyasət Heyətinin akademiki seçilib və sözügedən qurumun medalı ilə təltif olunub.

Vüqar Əhməd bu mükafata Azərbaycan və türk xalqlarıarasındakı dostluq, qardaşlıq münasibətlərinin güclənməsinə verdiyi töhfələrə, eləcə də türk dünyasının ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə layiq görülüb.

Özbəkistan Respublikası Mahpirat adına Orta Asiya Xalqları Tarixi İnstitutu, “Turan” Elmlər Akademiyasının  prezidenti,akademik Heydərbəy Bababəyov Vüqar Əhmədə Azərbaycanda elminin inkişafındakı xidmətlərinə görə akademik elmi adına layiq görüldüyünü bildirib və təbrik məktubu göndərib.

скачать dle 12.1