Bia.Az

284 nömrəli tam orta məktəbin 3 E sinif şagirdləri ZƏFƏR GÜNÜNÜ möhtəşəm qeyd etdilər - FOTO\ VİDEO

Cəmiyyət
 6-11-2021, 23:07     934

Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki şəhid Qamət Abbasov adına 284 nömrəli tam orta məktəbin 3 E sinifində Zəfər Günü qeyd edildi. Sinif rəhbəri Solmaz Yusifova gözəl pedaqoq, savadlı və işinin öhtəsindən bacarıqla gələn müəllimə olduğu kimi gələcəyə də savadlı, bacarıqlı, gözüaçıq şagirdlər hazırlayır. Bu gündə həmişəki kimi, öncəliyi sevən Solmaz müəllimə öz sinifini tədbirə ciddi hazırlayaraq şerlər söylətdirmiş, şəhid ailələrini yad etdirmiş, xidmətdə olan əsgərlərə şagirdlərin əlləriylə yazılmış təbrik məktubları yollamış və 1-ci və 2-ci Vətən müharibəsi şəhidlərinin uyudugu Şəhidlər Xiyabanına apararaq onları yaxından məlumatlandırmışdır. 

Bizə də böyük bir fəxrdir ki, müəllimlərimiz gələcəyə güclü ruh yüksəkliyi ilə savadlı gənclər hazırlayır. Bu 44 günlük müharibədə Qarabağ üzərində qazanılmış bu qələbəyə görə ilk öncə şəhidlərin ruhu önündə baş əyirik. Qazilərimizə Allahdan cansağlığı azulayaraq başda Vətən keşiyində duran igidlərimizi sonra isə sevincə laiq olan Azərbaycan xalqımızı təbrik edirik. Zəfərimiz Mübarək!.. 
 
                                                   
                                                   
                                                   












BİA.az
скачать dle 12.1