Bia.Az

"Vaksinasiya başa çatana qədər maskalardan istifadə etməliyik" - Adil Allahverdiyev

Cəmiyyət
 15-12-2020, 17:07     88

"Eyni ailədən bir neçə nəfər yoluxur, digərləri isə yoluxmur. Bu da immun sistemi ilə bağlıdır. Vaksinasiya tam başa çatana qədər maskalardan istifadə etməli olacağıq".


“Report” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.


"Bədən bir dəfə vaksinasiya olduqdan sonra hansı ölkəyə getməsindən asılı olmayaraq onda immun sistemi yaranır. Vaksinlər də immun sistemi ilə bağlıdır. Bəzilərində ola bilər güclü immun yaransın, bəzilərində ola bilsin ki, yaranmasın", - o əlavə edib.скачать dle 12.1